IQNA

HƏMAS hərəkatının məsul üzvlərindən birinin maşına terror hücumu edildi

1:13 - January 15, 2018
Xəbər sayı: 3482647
Təhlükəsizlik qüvvələri Livanın cənubunda yerləşən Seyda şəhərində HƏMAS hərəkatının rəhbərlərindən və məsul üzvlərindən olan Məhəmməd Həmdanın maşınına terror hücumu edildiyini xəbər veriblər.

HƏMAS hərəkatının məsul üzvlərindən birinin maşına terror hücumu edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-məyadin” xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Livanın təhlükəsizlik qüvvələri ölkənin cənubunda yerləşən Seyda şəhərində HƏMAS hərəkatının rəhbərlərindən və məsul üzvlərindən olan Məhəmməd Həmdanın maşınına terror hücumu edildiyini xəbər veriblər.

Livanın təhülkəsizlik qüvvələri xəbər verib ki, Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) məsul üzvlərindən və rəhbərlərindən biri olan Məhəmməd Həmdanın maşını dünən, həftənin bazaar günü, 14 Yanvar 2018-ci il, Livanın cənubunda yerləşən Seyda şəhərinin “əl-Bustan əl-Kəbir” rayonunda terror hücumuna məruz qalıb.

Bu məlumata görə, maşının qapısını açmaq istəyən Məhəmməd Həmdan partlayışlar üzləşib və ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Həmçinin bildirilir ki, bu hadisə baş verərkən həmin ərazidə sionist rejimin PUA-sı da görünüb.  

Qeyd edək ki, HƏMAS təşkilatının Livandakı nümayəndəsi və bu hərəkatının beynəlxalq əlaqələr məsulu Məhəmməd Həmdan HƏMAS təşkilatının siyasi dəftərxanasının üzvü Üsamə Həmdanın qardaşıdır.  

Qüdsün Cümə imamı və müqavimət alimləri birliyinin baş katibi Şeyx Mahir Həmud bildirib ki, bu hadisə sionistlər tərəfindən törədilib.

http://iqna.ir/fa/news/3681916

Teqlər: iqna ، israil ، livan ، fələstin ، terror ، həmas
captcha