IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı tərəfindən yayımlanan hesabatda bildirilir ki, Yəməndə 22 milyon insanın yardıma ehtiyacı var.
Maide.Az “Tesnim” xəbər agentliyinə istinadən xəbər verir ki, BMT tərəfindən yayımlanan hesabatda əhalinin 76 faizi, yəni 22 milyon nəfərin yardıma ehtiyacı olduğu bildirilir.
Yeni hesabata görə, ölkədə aclıq təhlükəsi hər gün artmaqdadır.
Belə ki, aclıq təhükəsi ilə üz-üzə olan insanların sayı son ay içində ciddi şəkildə artaraq 6.8 milyon nəfərdan 8.4 milyon nəfərə çatıb.
Fransa xəbər agentliyinin məlumatına görə, Yəməndə ən az 1500 məktəb Səudiyyə Ərəbistan rejimi tərəfəindən təşkil olunan hücumlar nəticəsində xarabalığıa çevrilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 2 il yarım öncə Yəmən sabiq prezidenti Mənsur Hadini təkrar iqtidara gətirmək məqsədilə ölkəyə təcavüz etmiş. Səudiyyə rejiminin başçılığı ilə təşkil olunan təcavüz nəticəsində indiyədək minlərlə Yəmənli həyatını itirib və ya yaralanıb. On minlərlə insan evlərindən didərgin düşüb