IQNA

İngiltərənin müəssisələrindən birinin araşdırmaları göstərdi:

İnancsız insanlar da böhrani anlarda duaya üz tuturlar

11:55 - January 18, 2018
Xəbər sayı: 3482662
İngiltərənin “Tirfand” xristian xeyriyyə müəssisəsinin sifarişi ilə keçirilən sorğulardan məlum olub ki, inancsız insanların 24 faizi çarəsiz qaldıqda İlahi dərgaha dua etməyə üz tutublar.

İnancsız insanlar da böhrani anlarda duaya üz tuturlarİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin “Tirfand” xristian xeyriyyə müəssisəsinin sifarişi ilə keçirilən tədqiqat sorğularının nəticəsindən məlum olub ki, inancsız və etiqadsız (ateist) insanların da 24 faizi çarəsiz qaldıqda son çarə və həll yolu olaraq İlahi dərgaha dua etməyə üz tutublar.

Bu araşdırmaların nəticəsi göstərib ki, inancsız və dinsiz insanların da hər beş nəfərindən bir nəfəri fərdi böhranlar, çarəsizliklər zamanı və ya ümidsizliyə qapıldıqları zaman axırıncı çarə yolu olaraq Allahla rabitə saxlamağı, Allahdan kömək istəməyi və İlahi dərgaha dua etməyi seçiblər.

Glasterin böyük yepiskopu bu barədə deyir: Araşdırmaların belə bir nəticə ilə sonlanması bizi təəccübləndirməsin. Çünki bu, insanın zatən Allah meyilli olmasının və həyatda Allahı sevməsinin göstəricisidir.

Kenterberi şəhəri kilsəsinin keşişi Ezabil Hamli deyir: Dua Allah ilə əlaqə saxlamq üçün əsas yoldur. İnsanın fikri nigarançılıqlarını və ruhi böhranlarını çox yüksək səviyyədə sağlamlaşdırır. İnsanların bir çoxu dindar olmasalar da çox vaxt dua edirlər.

Sözü gedən araşdırmanın nəticələri həmçinin göstərib ki, İngiltərənin yetkinlik yaşına çatmış əhalisinin yarısı həmişə dua edir və Allahdan kömək diləyirlər. Onların ən çox dua etdiyi mövzular ailə, dostlar, sağlamlıq və Allaha təşəkkür etməkdir.

http://iqna.ir/fa/news/3682097

 

Teqlər: iqna ، dua ، etiqad ، inanc ، din
captcha