IQNA

İndoneziyanın prezident müşaviri İQNA ilə müsahibəsində:

Ölkənin kəndlərində balaca uşaqlar Quranı çox kiçik ikən əzbərləyirlər

11:16 - January 19, 2018
Xəbər sayı: 3482667
İndoneziya prezidentinin məsləhətçisi İQNA ilə müsahibəsində bu ölkədə olan Qurani yeniliklərdən danışaraq dedi ki, rayon və kəndlərdə uşaqlar beş yaşlarında ikən bütün Quranı əzbərləyirlər.

Ölkənin kəndlərində balaca uşaqlar Quranı çox kiçik ikən əzbərləyirlərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziya prezidentinin məsləhətçisi İQNA ilə müsahibəsində bu ölkədə olan Qurani yeniliklərdən və bu yöndə yeni bir fenomen proqramın icrasından danışaraq dedi ki, rayon və kəndlərdə uşaqlar beş yaşlarında ikən bütün Quranı əzbərləyirlər.

Prof. Dr. M. Din Şəmsuddin – İndoneziyanın prezidenti Cuku Vidudunun xüsusi nümayəndəsi və məsləhətçisi, dinlərarası dialoqlar barədə müsahibəsində dedi: İnoneziyada dünyanın ən böyük İslami dövləti olaraq Qurani- Kərimin mütaliəsi və araşdırılması çox geniş yayılmışdır. Şəhər və kəndlərdə azyaşlı uşaqlar 5 yaşlarında ikən Qurani- Kərimin sadə, axar oxunuşunu öyrənməyə və hifz etməyə başlayırlar. Və hazırda bütün İndoneziyada Qurani- Kərimin hifzi adlı böyük layihə icra edilməkdədir.

İndoneziyanın prezidenti Cuku Vidudunun xüsusi nümayəndəsi və məsləhətçisi əlavə etdi: İndoneziyada Qurani- Kərimin hifzi layihəsinin icra edilməsi üçün bir çox mədrəsə, mərkəz və müəssisələr təsis edilmişdir. Həmçinin hər il müxtəlif səviyyələrdə əyalətlər üzrə, milli və beynəlxalq Quran tilavəti və Quran hifzi yarışları və festivalları keçirilir.

Prof. Dr. M. Din Şəmsuddin vurğuladı: Şəhər və kəndlərin Quran təlimi mərkəzlərində və mədrəsələrində minlərlə Quran hafizi və peşəkar ustadlar uşaqlara Quran öyrədirlər və hətta iş o yerə çatıb və Quran əhli o qədər çoxalıb ki, ölkədə olan Quran qariləri və hafizlərinin sayı barədə hesabat vermək də müşküldür.  

İndoneziyanın prezidenti Cuku Vidudunun xüsusi nümayəndəsi və məsləhətçisi, ölkəsinin müsəlmanlarının Misr qarilərinin qiraətlərinə diqqəti barədə dedi: Dünyada çoxlu peşəkar Quran qariləri mövcuddur və İndoneziya xalqı da təcrübə təbadülü üçün digər ölkələrin, o cümlədən İran və Misr qariləri ilə əlaqə saxlayırlar.  

O əlavə etdi: İndoneziyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Quran müəssisələri və “Qarilə və Hafizlər Heyəti” təşkilatı  Misr, İran və Ərəbistan kimi müsəlman ölkələrinin təcrübələrindən istifadə edirlər, bu ölkələrdəki qarilər ilə əlaqə saxlayırlar və həmçinin Quran yarışlarından iştirak edirlər.

Qeyd edək ki, İndoneziya Asiyanın cənub- şərqində müsəlman cəmiyyətinin sayına görə ən böyük müsəlman və 4-cü böyük ölkəsidir. İndoneziyanın 260 milyon əhalisinin 86.1 faizini müsəlmanlar təşkil edir.

http://iqna.ir/fa/news/3682695

Teqlər: iqna ، indoneziya ، quran hafizi
captcha