IQNA

Amerika müsəlmanlarının adının terror siyahısına salınması qanun qarşısına çıxarılacaq

11:48 - January 19, 2018
Xəbər sayı: 3482668
ABŞ müsəlmanlarının ən böyük hüquqi himayədarı CAIR (Amerika İslami Əlaqələr Şurası) Amerika dövlətinin müsəlmanların adını terrorçular siyahısına salmasının əleyhinə məhkəməyə şikayət etdi.

Amerika müsəlmanlarının adının terror siyahısına salınması qanun qarşısına çıxarılacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ müsəlmanlarının ən böyük hüquqi himayədarı CAIR (Amerika İslami Əlaqələr Şurası) Amerika dövlətinin müsəlmanların adını terrorçular siyahısına salmasının əleyhinə məhkəməyə şikayət etdi.

Amerika İslami Əlaqələr Şurası bu hüquqi iddiasında göstərilir ki, Amerika dövləti heç bir qanuni əsas və dəlil olmadan, heç bir qanuni mərhələni keçmədən və məhkəmə hökmü olmadan ABŞ- da yaşayan müsəlmanların adını terror informasiyası saytında terroristlrin siyahınsa salıb.

Belə ki, Amerika dövləti müsəlmanları bu barədə mühakimə etmədən və heç bir dəlil və şahid göstərəmədən onların adını “tanınmış terroristlər” və “terrorizmdə şübhəlilər” siyahısında göstərmişdir.

Nikiya Natali (Amerika İslami Əlaqələr Şurasının hüquqi müdirlərindən biri) bu barədə dedi: Müsəlmanların adının heç bir mühakimə olmadan terror siyahısına salınmasının Amerika dövləti üçün arzuolunmaz nəticələri ola bilər. Biz ümid edirik ki, ali məhkəmə dövlətin bu qanunsuz addımını araşdırıb, bu məsələyə öz hüquqi qiymətini verəcəkdir. Və müsəlman vətəndaşlar heç bir nigarançılıq hiss etmədən və “dini və irqi” zəmində dövlətin hədəfinə tuş gəlmədən bu ölkədə azad yaşaya biləcəklər.

Ğədir Abbas (hüquqşünas) bu məsələ barədə dedi: Sözügedən saytda günahsız müsəlmanların adının siyahısından başqa bir şey yoxdur. Bu siyahıya salınmış müsəlmanlar indiyədək nə həbs ediliblər və nə ittiham olunublar. Dövlətin bu hərəkəti qanuna və insani dəyərlərə ziddir və həmçinin düşünülməmiş və təsirsiz bir addımdır.  

http://iqna.ir/fa/news/3683243

Teqlər: iqna ، abş ، caİr ، terror ، amerika
captcha