IQNA

Bəhreyndə insan haqları və demokratiya üçün sülh təşkilatı:

Ali-Xəlifə 6 ildir şiə alimlərinə zülm edir

8:05 - January 21, 2018
Xəbər sayı: 3482673
Bəhreyndə insan haqları və demokratiyanın qorunması üçün sülh təşkilatı Ali- Xəlifə rejimin şiə alimlərinə keçən altı il ərzində etdiyi əzab, əziyyət və zülmlər barədə hesabat yayıb.

Ali-Xəlifə 6 ildir şiə alimlərinə zülm edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin Cümə günü, 19 Yanvar 2018- ci il, Bəhreyndə insan haqları və demokratiyanın qorunması üçün sülh təşkilatı Ali- Xəlifə rejimin şiə alimlərinə keçən altı il ərzində etdiyi əzab, əziyyət və zülmlər barədə hesabat yayıb.

Bəhreyndə insan haqları və demokratiyanın qorunması üçün sülh təşkilatı bu hesabatda 2011- ci ildən 2017- ci ilədək Ali- Xəlifə rejiminin şiələrə və şiə alimlərinə qarşı etdiyi zülm və cinayətləri araşdırıb göstərmişdir.

Bu cinayətlər edam hökmü çıxarmaq, əbədi həbs, vətəndaşlıqdan məhrum etmək, icbari sürgün, özbaşına və qanunsuz həbslər, təhqir və işkəncələrdən ibarətdir.

Hesabatda deyilir: Bəhreynə zorla hakimiyyət edən Ali- Xəlifə rejiminin təhlükəsizlik qüvvələri şiə alimlərindən 156 nəfərini heç bir qanuni dəlil olmadan təkcə buna görə ki, öz əqidəvi, ictimai və siyasi nəzərlərini ümumi toplantılarda və kütlə arasında icra etdikləri çıxışlarında dilə gətiriblər, həbs edib.

Ali- Xəlifə rejimi bu 156 nəfər şiə aliminin 89 nəfərini qanun qarşısında mühakimə etmədən, həbs üçün heç bir sənəd və dəlil göstərmədən və özbaşına həbs edib.

Bu hesabatda həmçinin göstərilir ki, Səudiyyə Ərəbistanın diktəsi ilə hərəkət edən Ali- Xəlifə rejimi şiə alimlərindən 50 nəfərinin barəsində ədalətsiz və zalimanə qərar çıxararaq, onların bütün sərvətini müsadirə edərək özlərini edama və ya əbədi həbsə məhkum etmişdir.

Bəhreyndə insan haqları və demokratiyanın qorunması üçün sülh təşkilatı vurğulayır: Şiə alimləri barədə 6 il öncədən başladılan bu sifarişli cinayətlər hələ də davam edir. Onların üç nəfəri edama məhkum edilib. 19 nəfəri isə, o cümlədən Ayətullah Şeyx İsa Qasim, Ayətullah Şeyx Məhəmməd Sənəd və Ayətullah Şeyx Həsən Nəcati vətəndaşlıqdan məhrum edilərək sürgün olunublar. Digər 8 nəfər isə heç bir qanuni məhkəmə qarşısına çıxarılmadan və beynəlxalq qanunların ziddinə olaraq zalimcəsinə əbədi həbsə məhkum ediliblər.  

http://iqna.ir/fa/news/3683495

captcha