IQNA

UNICEF rəsmisi Ruhinca müsəlmanlarının durumundan nigarandır

17:10 - January 25, 2018
Xəbər sayı: 3482690
NICEF icra direktorunun müavini Castin Foris Banqladeşdə Ruhinca didərginlər düşərgəsinə baxış keçirərkən deyib: 220 mindən çox Ruhinca müsəlman uşaqları məktəbə getmir və aclıqdan əziyyət çəkir.

UNICEF rəsmisi Ruhinca müsəlmanlarının durumundan nigarandırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahar TV-nin informasiya blokuna istinadla verdiyi xəbərə görə, BMT-nin uşaq fondunun bir rəsmisi Myanmada Ruhinca müsəlmanlarının durumundan nigaran qaldığını deyib. NICEF-in icra direktorunun müavini Castin Foris Banqladeşdə Ruhinca didərginlər düşərgəsinə baxış keçirərkən deyib: 220 mindən çox Ruhinca müsəlman uşaqları məktəbə getmir və aclıqdan əziyyət çəkir.

O deyib: Myanma rəsmilərinin Banqladeşdəki didərgin müsəlmanların öz ölkələrinə qayıtmalarına dair təklifi, təhlükəsizliyin yaradılmayacağı təqdirdə sadəcə didərginlərin problemlərini artırmış olacaq. 

2017-ci il 25 avqustdan indiyədək Myanma ordusunun Raxin vilayətində  Ruhinca müsəlmanlarına qarşı repressiv əməliyyatlarında indiyədək 6 mindən çox müsəlman qırğın edilib, 8 min yaralanıb və 800 mindən çox müsəlman da Banqladeşə qaçmalı olub. 

 

Teqlər: iqna ، bmt ، unisef ، myanma
captcha