IQNA

Quranın Alman və Avropa dillərinə tərcüməsi-6

Yuhan Lanqe; Hamburqlu həkim və Qurani- Kərimin mütərcimi

0:16 - January 30, 2018
Xəbər sayı: 3482706
Hamburqlu həkim və tərcüməçi Yuhan Lanqe (Johann Lange) öz əsas ixtisası olan təbabətin kənarında müxtəlif əsərlərin Alman dilinə tərcüməsi ilə də məşğul olurdu.

Yuhan Lanqe; Hamburqlu həkim və Qurani- Kərimin mütərcimiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Avropa və Almaniyada İslam” teleqram kanlına istinadla verdiyi xəbərə görə, Hamburqlu həkim və tərcüməçi Yuhan Lanqe (Johann Lange) öz əsas ixtisası olan təbabətin kənarında müxtəlif əsərlərin Alman dilinə tərcüməsi ilə də məşğul olurdu.

Həmişəki qaydanın əksinə olaraq ki, adətən xristian ruhani və keşişlər dini kitabları, müqəddəs mətnləri və Qurani- Kərimi müxtəlif Avropa dillərinə, o cümlədən Alman və Latın dilinə tərcümə edirdilər, bu dəfə bu iş bir həkimin vasitəsi ilə həyata keçirilir. Amma tərcümə metodu və möhtəvasına görə, ondan öncəki ümumi cərəyanın tərcümələrindən elə də fərqlənmir.  

Yuhan Lanqenin tərcüməsi əslində Holland dilində olan Quran nüsxəsinin həmin dildən Alman dilinə tərcüməsi idi. Həmin Holland dilində olan nüsxə isə Fransalı mütərcim Andre Du Ryerin tərcüməsinin tərcüməsi idi. Buna görə də Yuhan Lanqenin Qurani- Kərim tərcüməsi bu müqəddəs kitabın orjinal dili ilə almaniyalı oxucunun arasındakı üçüncü vasitə idi.

Bu tərcümə də Salamon Şuvayqerin tərcüməsi kimi çoxvasitəli idi və Quranın orjinal mətni ilə sözbəsöz uyğun gələ bilməzdi. Bundan əlavə bu tərcümə də 1688-ci ildə Hamburq şəhərində İslam dininin və İslam peyğəmbərinin (s) əleyhinə yazılmış kitablar məcmuəsi ilə birlikdə çap edilmişdi və bu baxımdan da xüsusi tərəfkeşliklə edilmiş tərcümə sayılır.  

http://iqna.ir/fa/news/3681758

captcha