IQNA

Fevral ayının ilk həftəsi “DÜNYA DİNLƏRİNİN HƏMRƏYLİK HƏFTƏSİ” kimi keçirilir

12:39 - February 05, 2018
Xəbər sayı: 3482733
Dünyanın müxtəlif ölkələri hər il Fevral ayının ilk həftəsini (ayın birindən yeddisinədək günləri) “dünya dinlərinin həmrəylik həftəsi” kimi qeyd edirlər.

Fevral ilk həftəsi “DÜNYA DİNLƏRİNİN HƏMRƏYLİK HƏFTƏSİ” kimi keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın müxtəlif ölkələri hər il Fevral ayının ilk həftəsini (ayın birindən yeddisinədək günləri) “dünya dinlərinin həmrəylik həftəsi” kimi qeyd edirlər.

BMT- nin (Birləşmiş Millətlər Təşkilatı) Baş Assambleyası 2010- cu ildə hər il Fevral ayının ilk həftəsini (ayın birindən yeddisinədək günləri) “dünya dinlərinin həmrəylik həftəsi” kimi qeyd edilməsi təşəbbüsünü irəli sürdü və həmin tarixdən Fevral ayının ilk həftəsi “dünya dinlərinin həmrəylik həftəsi” adlandı.

BMT- nin (Birləşmiş Millətlər Təşkilatı) Baş Assambleyası 2010- cu ildə qəbul etdiyi qərarda deyilir: “Dinlər arasında qarşılıqlı anlşama və dialoq beynəlxalq sülh mədəniyyətinin və dinlərin həmrəyliyinin əsas prinsipi hesab edilir. Və bu beynəlxalq həftə dünya xalqlarının arasında həmrəyliyin güclənməsi üçün mühüm vasitədir”.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası vurğuladı: Bu həftənin rəsmi tanınması üçün müxtəlif dinlərin arasında dialoq, həmkarlıq, vəhdət və qarşılıqlı anlaşmaya ehtiyac var. Buna görə də bu həftəni bütün ölkələr qeyd etməli, kilsələr, məbədlər, məscidlər və digər ibadət ocaqları arasında həmrəylik və vəhdət yaratmalıdırlar.

Bu münasibətlə İordaniyanın İslami İşlər və Vəfqlər Nazirliyi müxtəlif ölkələrin səfirləri, məsihi və müsəlman alimlərinin iştirakı ilə mərasim təşkil edib.

http://iqna.ir/fa/news/3688246

captcha