IQNA

İngiltərənin Birmenqam universitetində İslami araşdırmalar kursu

8:09 - February 07, 2018
Xəbər sayı: 3482741
Britaniyanın Birmenqam şəhərində yerləşən “əl-Mehdi İnsititutu” Birmenqam universitetində yarımvaxt İslami araşdırmalar kursları təşkil edəcəkdir.

İngiltərənin Birmenqam universitetində İslami araşdırmalar kursuİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Britaniyanın Birmenqam şəhərində yerləşən “əl-Mehdi İnsitutu” Birmenqam universitetində yarımvaxt İslami araşdırmalar kursları təşkil edəcəkdir.

Bu xəbəri “iric.org” saytı yayımlayaraq kursların cari ilin Fevral ayının 26-da başlayacağını elan edib.

“əl-Mehdi İnsitutu” Birmenqam universitetində yarımvaxt İslami araşdırmalar kurslarında İslami irfan, hədis araşdırmaları və rical elmi kimi İslami elmlər tədris ediləcəkdir.

Bu kurslarda qeydiyyatdan keçənlər dərslərdə hüzuri və internet vasitəsi ilə “online” iştirak edə biləcəklər.

İslami araşdırmalar kurslarında iştirak etmək istəyənlər qarşıdakı linkə - http://www.almahdi.edu/apply-online - keçərək qeydiyyatdan keçə bilərlər. Kurslarda iştirak üçün qeydiyyatın son günü Fevral ayının 16-sıdır.

Qeyd edək ki, “Əl- Mehdi insititutu” 1993- cü ildə müsəlmanların, xüsusi ilə də “isna əşəri” (12 imamçı) şiələrin dini araşdırmalarının və İslami maariflər barədə məlumatlarının səthini yüksəlilməsi hədəfi ilə İngiltərənin Birmenqam şəhərində təsis edilmişdir.  

http://iqna.ir/fa/news/3688770

 

 

captcha