IQNA

Suriya sionist qırıcısını vuraraq yerə saldı

23:46 - February 10, 2018
Xəbər sayı: 3482764
İsrail mediası sionist rejiminin hərbi hava qüvvələrinə aid bir ədəd F-16 qırıcı təyyarəsinin Suriyanın əl-Cəlil regionunda vurularaq yerə salındığı barədə məlumat yayıb.

Suriya sionist qırıcısını vuraraq yerə saldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsrail mediası bu gün səhər, həftənin şənbə günü, 19 Fevral 2018-ci il, sionist rejiminin hərbi hava qüvvələrinə aid bir ədəd F-16 qırıcı təyyarəsinin Suriyanın əl-Cəlil və Cövlan regionunda vurularaq yerə salındığı barədə məlumat yayıb.

Bu xəbərə əsasən, bu qırıcı təyyarənin pilotları zərər çəkməyiblər və təyyarənin süqutundan öncə nicat çətirindən istifadə edərək çölə sıçraya biliblər.

Bəzi xəbər qaynaqları isə bu qırıcının sionist hərbiçiləri tərəfindən endirildiyini yazıblar ki, ehtimalən, sionist rejiminin İran PUA-sı vurması barədə yaydığı yalan iddia ilə qarışdırıblar.

Sionist rejiminin media və “kiv”ləri məlumat yayıblar ki, işğal olunmuş Cövlan ərazilərinə raketlər də atılıb və raket hücumları davam edir.  

Suriyanın rəsmi xəbər agentliyi “SANA” bir hərbi xəbər qaynağına istinadən yazıb ki, sionist rejiminin hərbi qüvvələri bu gün səhər Suriyanın “əl-Vüsta” regionunda hərbi düşərgələrə hücum ediblər və Suriyanın hava hücumundan müdafiə qüvvələri onların birdən çox təyyarəsini vurub yerə edindirib.   

http://iqna.ir/fa/news/3690143

captcha