IQNA

Avropa Quran yarışlarının 6-cı turunun açılış mərasimi keçirilib

7:45 - March 03, 2018
Xəbər sayı: 3482849
Həftənin Cümə günü, 2 Mart 2018-ci il, axşam saatlarında Almaniyanın Hamburq şəhərində Avropa Quran yarışlarının 6-cı turunun açılış mərasimi keçirilib.

Avropa Quran yarışlarının 6-cı turunun açılış mərasimi keçirilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Almaniyanın Darul-Quran müəssisəsinin teleqram kanalına istinadla verdiyi xəbərə görə, dünən, həftənin Cümə günü, 2 Mart 2018-ci il, axşam saatlarında Almaniyanın Hamburq şəhərində Avropa Quran yarışlarının 6-cı turunun açılış mərasimi keçirilib.

Almaniyanın Hamburq şəhərinin İslam Mərkəzindən keçirilən Avropa Quran yarışlarının 6-cı turunun açılış mərasimi İran İslam Respublikasının bu yarışlara dəvət edilmiş beynəlxalq dərəcəli qarisi Ustad Rəhim Xakpurun tilavəti ilə başlayıb.

Bu Quran yarışları iki yaş kateqoriyası: 16 yaşadək və 16 yaşından yuxarılar, arasında keçiriləcək. Yarışlarda iştirak edənlər Qurani-Kərimin qiraəti, hifzi, təfsiri və Azan üzrə rəqabət aparacaqlar.

Avropa Quran yarışlarında Avropada yaşayan bütün müsəlmanlar, bütün İslami məzhəblər və bütün yaş qrupları iştirak edə bilərlər.

Almaniyanın Hamburq şəhərində Avropa Quran yarışlarının 6-cı turu Mart ayının 4-dək davam edəcəkdir.

http://iqna.ir/fa/news/3696084

captcha