IQNA

FACEBOOK müsəlmanlara qarşı cinayət edir

1:02 - April 05, 2018
Xəbər sayı: 3482985
FACEBOOK sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq etiraf edib ki, FACEBOOK sosial şəbəkəsi ruhingiyalı müsəlmanların əleyhinə zorakılığı şiddətləndirməkdə təqisrkardır.

FACEBOOK müsəlmanlara qarşı cinayət edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, FACEBOOK sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq etiraf edib ki, bu sosial şəbəkənin Myanmada yaşayan ruhingiyalı müsəlman azlıqların əleyhinə zorakılıq və cinayətlərin çoxalması və kəskinləşməsində rolu olub.

FACEBOOK sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq bu barədə Amerikanın “Faksnyuz” peyk tv kanalı ilə müsahibəsində danışaraq deyib: Facebook sosial şəbəkəsinin istifadəçiləri ruhingiya barədə yalan məlumatları yaymaqla müsəlmanlara qarşı cinayətlərin kəskinləşməsinə səbəb olublar.

Mark Zukerberq: Bu şəbəkədə yalan məlumatların yayılması və qondarılması arıtq son iki il ərzində ağır bir böhrana çevirilmişdir. Bunun ən bariz nümunəsi də Rusiyanın Amerika president seçkilərində müdaxilə etməsi xəbərinin paylaşılmasıdır ki, saxta profildən istifadə edənlər bu xəbərləri ümumi kütlənin fikrini qatışdırmaq üçün belə xəbərləri yayırlar.

O əlavə edib ki, bu cür halların qarşısının alınması və ortalığı qarışdıran xəbərlərindən silinməsi üçün Facebook tərəfindən layihə hazırlanmışdır.  

Qeyd edək ki, BMT-nin insan hüquqları komitəsi də Facebook sosial şəbəkəsini Myanma müsəlmanlarının əleyhinə xəbərlər paylaşmaqda günahlandırmışdı.

http://iqna.ir/fa/news/3702827  

Teqlər: iqna ، facebook ، mark ، myanma ، ruhingiya
captcha