IQNA

İranın nəfis Quran çapı Taylandda sərgiləndi – Foto

8:06 - April 07, 2018
Xəbər sayı: 3482992
İran İslam Respublikasında çap edilın nəfis Qurani-Kərim nüsxəsi Taylandın "Bankok 2018, beynəlxalq kitab sərgisi"ndə nümayiş edilib.

İranın nəfis Quran çapı Taylandda sərgiləndi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasında çap edilın nəfis Qurani-Kərim nüsxəsi Taylandın "Bankok 2018, beynəlxalq kitab sərgisi"ndə nümayiş edilib.

Bu barədə İQNA-ya İran İslam Respublikasının Taylanddakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi məlumat verərək deyib: Bu Quran Mehdi İlahi Qümşeinin farsca tərcüməsi ilə 620 səhifədə Tehranın Xöcəstə nəşriyyatı tərəfindən çap edilib, hər səhifədə 15 sətr vardır. Və İranın ən gözəl və nəfis çap nüsxələrindən hesab edilir.

Bu xəbərə görə, İran İslam Respublikasının Taylanddakı Mədəniyyət Əlaqələri İdarəsi və Cameətul-Mustafa Beynəlxalq İslam Elmləri Akademiyasının Taylanddakı nümayəndəliyi tərəfindən çap edilən bütün dini jurnal və kitablar və həmçinin İran ədəbiyyatı, incəsənəti, tarix və coğrafiyasına adi bir sıra kitablar bu sərgidə nümayiş olunub.  

Qeyd edək ki, Taylandın "Bankok 2018, beynəlxalq kitab sərgisi" cari ilin Mart ayının 30-da Taylandın padşahının böyük bacısı şahzadə Mahaçakri Sirindhurinin təşəbbüsü ilə başlayıb və Aprel ayının 8-dək davam edəcəkdir.

http://iqna.ir/fa/news/3703226

Teqlər: iqna ، sərgi ، kitab ، tayland
captcha