IQNA

Suriyanın müftisi Rusiyaya xəbərdarlıq edib

16:23 - April 16, 2018
Xəbər sayı: 3483036
Suriyanın baş müftisi Şeyx Əhməd Bədrüddin Həsun dini elmləri öyrənmək üçün xaricə göndərilən tələbələr ilə bağlı Rusiyaya xəbərdarlıq edib.

Suriyanın müftisi Rusiyaya xəbərdarlıq edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyanın baş müftisi Şeyx Əhməd Bədrüddin Həsun dini elmləri öyrənmək üçün xaricə göndərilən tələbələr ilə bağlı Rusiyaya xəbərdarlıq edib.

Rusiyaya dini elmləri öyrənmək üçün Türkiyə, Qətər, Misr və Səudiyyə Ərəbistana göndərilən tələblərlə bağlı xəbərdarlıq edən baş müfti vurğulayıb ki, həmin ölkələrdə tələbələrə dini radikalizm öyrədilir və sonra onlardan öz məqsədlərini müxtəlif ölkələrdə həyata keçirmək üçün istifadə edirlər.

Suriyanın baş müftisi Şeyx Əhməd Bədrüddin Həsun bu sözləri Rusiya parlamentinin Suriyaya göndərilmiş heyəti ilə görüşdə deyib.

Xantimansiski əyalətinin qubernatoru Nataliya Kumarovanın başçılıq etdiyi heyətlə görüşən baş müftinin bu xəbərdarlığından sonra, heyət üzvləri Suriya müftiyyatından istəyiblər ki, Rusiyaya dini radikalizmlə mübarizədə kömək etsinlər.

Şeyx Əhməd Bədrüddin Həsun bu görüşdə bildirib ki, Rusiyada 15 günlük səfəri zamanı tələbələr, dini alimlər və həmçinin müxalif qrumlar ilə görüşəcəkdir.

O əlavə edib: Suriya dövləti Rusiya və Krımdan olan dini tələbələrə İslam elmlərini öyrətmək və həmçinin bu ölkəyə dini mübəlliğlər göndərməyə hazırdır.   

ABŞ və müttəfiqlərinin şənbə günü Suriyaya raket hücumu etməsinə işarə edən Həsun vurğulayıb: Bu hücum təkcə Suriyanı deyil, həm də İran və Rusiyanı və eləcə də dünyanın bütün azadlıqsevərlərini hədəfə almışdı.

Suriyanın baş müftisi Şeyx Əhməd Bədrüddin Həsun deyib: Suriyada müxtəlif məzhəblərin ardıcılları olan 21 firqə yaşayır. Və bu raketlər bu firqələrin birlik və vəhdətini keçmişdəkindən də möhkəm edir.  

http://iqna.ir/fa/news/3705692  

Teqlər: iqna ، suriya ، rusiya ، dini radikalizm
captcha