IQNA

Küveytin beynəlxalq Quran yarışları başa çatdı

7:20 - April 19, 2018
Xəbər sayı: 3483049
Küveytin 9-cu beynəlxalq Quran yarışları dünən, cari həftənin 3-cü günü, 18 Aprel 2018-ci il, başa çatdı və qaliblərin adları elan edildi.

Küveytin beynəlxalq Quran yarışları başa çatdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytin 9-cu beynəlxalq Quran yarışları dünən, cari həftənin 3-cü günü, 18 Aprel 2018-ci il, başa çatdı və qaliblərin adları elan edildi.

Küveytin 9-cu beynəlxalq Quran yarışlarının yekun mərasimi "Bəyan qəsri"ndə Küveytin əmirinin iştirakı ilə keçirilib.

Bu yarışlar Quranın hifzi, təcvidi və qiraəti üzrə keçirilib. Qurani-Kərimin 10 məşhur qiraəti əsasında hifzi kateqoriyası üzrə Küveyt, Misr, Amerika, Kenya və Tunisdən olan yarışmaçılar birdən beşə qədər yerləri bölüşüblər.

Qurani-Kərimin sadə hifzi kateqoriyası üzrə yarışlarda isə Liviya, Səudiyyə Ərəbistanı, Nigeriya, Yəmən və Tunisdən olan yarışmaçılar qazanıb.

Qurani-Kərimin qiraət və tərtil kateqoriyasında yarışlarda ilk beş yeri Malaziya, İran, Mərakeş, Tanzaniya və Türkiyədən olan nümayəndələr bölüşüblər. Bu ixtisas üzrə İranlı yarışmaçı Mehdi Qulamnicat ikinci yeri və Türkiyəli yarışmaçı Fürqan Çinar 5-ci yeri qazanmışdır.

Qeyd edək ki, Küveytin 9-cu beynəlxalq Quran yarışları Aprel ayının 10-dan 19-dək 79 ölkənin iştirakı ilə keçirilib.  

http://iqna.ir/fa/news/3706989

captcha