IQNA

Avropada 15 Şəban bayramı mərasimləri

23:52 - May 01, 2018
Xəbər sayı: 3483109
Avropa ölkələrinin şiə məscidləri və İslam Mərkəzlərində bu gün, həftənin ikinci günü, 1 May 2018-ci il, Həzrət İmam Mehdi Sahibəz-Zəmanın (ə.f) viladət bayramı mərasimləri başlayıb.

Avropada 15 Şəban bayramı mərasimləriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropa ölkələrinin şiə məscidləri və İslam Mərkəzlərində bu gün, həftənin ikinci günü, 1 May 2018-ci il, məsum imamların sonuncusu, axırıncı İlahi höccət, Həzrət İmam Mehdi Sahibəz-Zəmanın (ə.f) viladət bayramı mərasimləri başlayıb.  

Həzrət İmam Mehdinin (ə.f) mövlud bayramı münasibəti ilə keçirilən "15 Şəban" mərasimləri həftənin Cümə gününədək davam edəcəkdir.

İsveçin paytaxtı Stokholm şəhərinin İslam Mərkəzi elan edib: Şiələrin 12-ci məsum imamı Həzrət İmam Mehdinin (ə.f) əzəmətli mövlud bayramları mərasimi bu gün, 1 May 2018-ci il, mərkəzin toplantı salonunda keçiriləcəkdir.

Bu mərasimdə həmin mərkəzin camaat imamı və xətibi Höccətul- İslam vəl- müslimin Seyid Əli İmamzadə çıxış edib və məşhur Əhli-Beyt (ə) məddahı Nəzar əl-Qətəri fars, ərəb və ingilis dillərində mədhiyyələr söyləyib.

Mövlud bayramı ilə eyni zamanda İsveçin paytaxtı Stokholm şəhərinin İslam Mərkəzinin təsisinin 20-ci ildönümü mərasimi də keçirilib.

Bu xəbərə görə, İsveçin paytaxtı Stokholm şəhərinin İslam Mərkəzinin namazxanasında gecə saat 23:00-dan Sübh namazına qədər "ehya" saxlanacaqdır. "İmam Mehdi ehyası" adı ilə keçirilən bu gecədə müxtəlif dini proqramlar icra ediləcəkdir.

İmam Mehdinin (ə.f) mövlud mərasimi Almaniyanın Hamburq İslam Mərkəzinin İmam Əli (ə) məscidində Ayətullah Ramazaninin iştirakı ilə keçirilib və Məhəmməd Qazəvi məddahlıq edib.

Mövlud mərasimləri rəngarəng proqramlar ilə Avropanın İsveçrənin Əhli-Beyt (ə) İslam Mədəniyyəti Mərkəzində, Belçikanın (Brüksel) İmam Mehdi (ə.f) mərkəzində, Danimarkanın İmam Əli (ə) məscidində, İngiltərənin İslam Mərkəzində, Almaniyanın Berlin şəhərinin İslam Mərkəzində və Kanadanın Alberta universitetində keçirilib və cari həftənin Cümə günündək davam edəcəkdir.   

http://iqna.ir/fa/news/3711048

captcha