IQNA

23:42 - May 02, 2018
Xəbər sayı: 3483114
UNİCEF təşkilatının hesabatında bu barədə xəbərdarlıq edirlərək bildirilir ki, Banqladeşdə gələn aylar ərzində yağacaq yağışlar minlərlə ruhingiyalı müsəlmanın həyatını təhdid edir.

Mövsüm yağışları minlərlə myanmarlı müsəlmanı təhdid edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, yaz-yay mövsümünün davamlı yağışları minlərlə ruhingiyalı müsəlmanın həyatını ölüm təhlükəsi və müxtəlif çətin problemlər ilə üz-üzə qoymuşdur.

UNİCEF təşkilatının (BMT-nin uşaqların himayəsi fondu) hesabatında bu barədə xəbərdarlıq edirlərək bildirilir ki, Banqladeşdə gələn aylar ərzində yağacaq yağışlar minlərlə ruhingiyalı müsəlmanın həyatını təhdid edir.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) uşaqların himayəsi fondu (UNİCEF) Banqladeşin qaçqın düşərgəsində yaşayan 200 min myanmarlı müsəlmanın mövsüm yağışlarının qurbanı olacağı barədə xəbərdarlıq edib.

Bu barədə UNİCEF təşkilatının sözçüsü Kristof Bulirak BMT- nin İsveçrənin Cenevrə şəhərində yerləşən qərargahında mətbuat konfransı zamanı danışarkən məlumat verib.

O deyib ki, Banqladeşdə mövsüm yağışları İyun ayında başlayır və Sentybar ayınadək davam edir. Bu müddət myanmarlı qaçqın müsəlmanların uşaqları üçün ağır və dözülməz şərait olacaqdır.  

Sözçü işarə edib ki, onsuz da Kakasbazar rayonunda qaçqın düşərgəsində yaşayan müsəlmanların durumu ağır və nigaranedici idi. Yay yağışlarının başlanması isə sel, yerin sürüşməsi və keçici xəstəliklər kimi problemlər yaradacaqdır.  

Qeyd edək ki, keçən ilin Avqust ayının 25-dən Myanmarda müsəlmanlar əleyhinə kütləvi zorakılıq və qətliamlar başlayıb və bunun nəticəsində 700 min müsəlman öz yurd-yuvasından didərgin düşüb və Banqladeşə sığınıb.   

http://iqna.ir/fa/news/3711142

Ad:
E-poçt:
* Comment: