İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "arakan" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bir sıra İslami ölkələrin nümayəndələri Myanmadan qaçaraq Banqladeşdə məskunlaşmış ruhingiyalı qaçqınlara baş çəkiblər.
Myanma dövlətinin zülmdən qaçaraq Banqladeşin Kakasbazar qaçqın düşərgəsinə sığınan ruhingiyalı müsəlmanları dünyanın 57 müsəlman ölkəsinin yüksək vəzifəli məmurları və nümayəndələri ziyarət ediblər.
Banqladeşin xarici işlər naziri Əhməd Məhmud Əli bu barədə dedi: İslami Əməkdaşlıq Təşkilatına 57 üzv ölkənin yüksək vəzifəli mərmuları, nümayəndələri və həmçinin Kanadanın xarici işlər naziri, dünən, həftənin Cümə günü, Myanma və Banqladeş arasında yerləşən ruhingiyalı müsəlmanların məskunlaşdığı qaçqın düşərgəsinə baxış keçiriblər.
O əlavə edib ki, İslami ölkələrin nümayəndələri heyətini Banqladeşin baş naziri müşayət edəcəkdir.
Bu məlumatda həmçinin xəbər verilir ki, Hindistan polisi dörd nəfər ruhingiyalı qaçqını qanunsuz olaraq bu ölkənin ərazisinə girdiyi üçün həbs edib.