IQNA

Ərdoğan: Qüds Fələstinin paytaxtıdır

10:33 - May 15, 2018
Xəbər sayı: 3483170
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib: Qüdsün işğalçı sionist rejimin paytaxtı kimi təqdim edilməsi üzrə bütün səylərə rəğmən, Qüds daim Fələstinin paytaxtı olub, bundan sonra da belə olacaq.

Ərdoğan: Qüds Fələstinin paytaxtıdırIQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Rəcəb Təyyib Ərdoğan dünən Londonda etdiyi çıxışında ABŞ hökumətinin bu ölkənin Tel Avivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarını tənqid edib və deyib: BMT-nin Baş Assambleyasında 128 ölkə bu qərara qarşı gəldi. 

Ərdoğan həmçinin deyib: Bəzi ölkələr aldıqları qrantların müqabilində Vaşinqtonun mövqeyini dəstəkləyiblər. 

ABŞ hökuməti bu gün İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. 

 

captcha