IQNA

Səfirliyin Qüdsə köçürülməsi Amerika xalqının istəyi deyildi!

11:35 - May 15, 2018
Xəbər sayı: 3483172
"ABŞ səfirliyinin Qüdsə köçürülməsi "AIPAC" təşkilatının istəyi idi, Amerika xalqının deyil" - bu sözləri Amerikanın Virciniya əyalətinin siyasi icmalçısı "Keith Preston" deyib.

Səfirliyin Qüdsə köçürülməsi Amerika xalqının istəyi deyildi!İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ səfirliyinin Qüdsə köçürülməsi "AIPAC" təşkilatının istəyi idi, Amerika xalqının deyil.

Bu sözləri Amerikanın Virciniya əyalətinin siyasi icmalçısı və "attackthesystem" informasiya portalının redaktoru "Keith Preston" İQNA ilə müsahibəsində deyib.

O vurğulayıb ki, səfirliyin köçürülməsi nüfuzlu İsrail lobbisi olan "Amerika- İsrail İctimaiyyətlə Əlaqə Komitəsi"nin (The American Israel Public Affairs Committee = "AIPAC")  istəyi ilə həyata keçib.

Amerikanın Virciniya əyalətinin siyasi icmalçısı və "attackthesystem" informasiya portalının redaktoru əlavə etdi: Donald Trampın belə bir qərar gəlməsi və bu qərarı işğal edilmiş Qüdsdə həyata keçirməsi "Ağ Ev"in İsrail qarşısında əyilməsinin və yəhudilərin əmrlərinə tam müti olmasının göstəricisidir.

Keith Preston dedi: "Amerika- İsrail İctimaiyyətlə Əlaqə Komitəsi" (The American Israel Public Affairs Committee) həmişə sionistlərin Likud ( Likud-National Liberal Movement) partiyasının xətti ilə hərəkət edir. Və ABŞ prezidenti Donald Tramp da həmişə bu təşkilatın qulu olmuşdur.

"Nikbət günü" (yüz minlərlə fələstinlinin 70 il öncə öz evindən didərgin düşdüyü gün) Qəzzə zolağında baş verənlərə işarə edən Keith Preston vurğuladı: Donald Tramp indiyədək Amerikaya prezidentlik etmiş kəslərin arasında Corc WBuşdan sonra sionizmə ən bağlısıdır. O, prezident olduğu bu az müddətdə dəfələrlə sionistlərin işğal edilmiş ərazilərdə qanunsuz qəsəbələr tikməsini təsdiqləmişdir. Bu da göstərir ki, Tramp dövləti Fələstin məsələsində heç bir sülhün və razılaşmanın tərəfdarı deyil.  

Amerikanın Virciniya əyalətinin siyasi icmalçısı əlavə etdi: Beynəlxalq cəmiyyət Tramp dövlətinin bu qərarını məhkum etməlidir. Çünki ABŞ həmişə İsrail və qonşulara arasında çəkişmə baş verəndə, İsrailin tərəfini saxlayır.

O dedi: ABŞ-ın bu addımı İsrailin sonuna çıxmasa da qonşuları ilə düşmənçiliyin şiddətlənməsinə və düşmənlərinin çoxalmasına səbəb olacaqdır. İsrail aşkar şəkildə işağlçılıq edir və hazırda bu məsələnin sonunun necə olacağı bəlli deyil.

"Keçən il BMT-nin ümumi iclasında 128 ölkə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasının əleyhinə rəy verdilər. Buna əsasən ABŞ bu mövqedən geri çəkilməli idi. Amma BMT-nin bu addımı kifayət deyil. BMT bu cür faydasız qətnamələr çox vermişdir. ABŞ da bu qətnamələrin heç birinə əhəmiyyət verməmiş və İsraili daima dəstəkləmiş və sionistlərin cinayətlərinə şərik olmuşdur" - "attackthesystem" informasiya portalının redaktoru əlavə etdi.

http://iqna.ir/fa/news/3712903  

انتقال سفارت آمریکا به قدس، نشانه فرمانبری کاخ سفید از اسرائیل

captcha