IQNA

Humanitar yardım agentlikləri Yəmən barədə xəbərdarlıq etdi

19:43 - June 02, 2018
Xəbər sayı: 3483256
Humanitar agenliklərin məsulları BMT və qərb hegomonlarından istəyiblər ki, Ənsarullah və Ərəbistan arasında danışıq yolu ilə bu üç illik müharibəyə son qoysunlar.

Humanitar yardım agentlikləri Yəmən barədə xəbərdarlıq etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın humanitar yardım agentlikləri Yəmənda baş verən böyük insani faciə barədə xəbərdarlıq etdi.

Bu agentliklər elan ediblər ki, Səudiyyə Ərəbistanın və onun müttəfiqlərinin koalisiya qoşunları Yəmənin qərbində yerləşən əl-Hədid limanına daxil olarsa, böyük faciə yaranacaqdır. Çünki bu liman milyonlarla yəmənlinin həyatı üçün şax damardır.

Humanitar agenliklərin məsulları BMT və qərb hegomonlarından istəyiblər ki, Ənsarullah və Ərəbistan arasında danışıq yolu ilə bu üç illik müharibəyə son qoysunlar.

Bununla bağlı müsahibə verən Norveç miqrantlarının ali şurasının baş katibi Yan Egland deyib: Səudiyyə Ərəbistanın və onun müttəfiqlərinin koalisiya qoşunları əl-Hədid şəhərinin minalarla dolu sahilinə yaxınlaşıblar. Minlərlə yəmənli sivillər digər müharibə gedən rayonlardan qaçaraq əl-Hədidə şəhərində məskunlaşıblar. Buna görə də bu rayonda müharibənin qarşısı alınmalıdır.     

http://iqna.ir/fa/news/3719630  

Teqlər: iqna ، yəmən ، bmt ، ərəbistan ، Ənsarullah
captcha