IQNA

Kərkükdə İŞİD-in partlayıcı kəmərləri kəşf edildi

18:10 - June 15, 2018
Xəbər sayı: 3483323
İraqın Kərkük əyalətinin polis idarəsi İŞİD terroristləri tərəfindən gizlədilmiş partlayış kəmərləri və terror zamanı istifadə edilən digər döyüş təchizatı kəşf edilərək götürüldüyünü xəbər verib.

Kərkükdə İŞİD-in partlayıcı kəmərləri kəşf edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərkük əyalətinin polis idarəsi dünən, həftənin Cüməaxşamı günü, 14 İyun 2018-ci il, bu əyalətdə İŞİD terroristləri tərəfindən gizlədilmiş partlayış kəmərləri və digər terror zamanı istifadə edilən digər döyüş təchizatı kəşf edərək götürüldüyünü xəbər verib.

Kərkük əyalətinin polis idarəsinin xəbər qaynağı dedi: Bu əyalətin polis qüvvələri Kərkükün 45 km.-liyində yerləşən "ər-Rişad" və "ər-Riyaz" rayonlarında və bu iki rayonunun kəndlərində keçirdiyi təmizləmə əməliyyatı zamanı İŞİD terroristləri tərəfindən gizlədilmiş partlayış kəmərləri və digər terror zamanı istifadə edilən digər döyüş təchizatı kəşf edərək götürülüb.

Qaynaq qeyd edib ki, təmizləmə əməliyyatı dünən, Cüməaxşamı günü, səhər saatlarında başladı. Əməliyyat zamanı İŞİD terrorçularının silah-sursatı, bayraqları və intiharçı terror əməliyyatları üçün istifadə edilən partlayış kəmərləri aşkar edildi. Təmizləmə əməliyyatı bu rayonlarda davam edir.  

http://iqna.ir/fa/news/3722899

Teqlər: İŞİd ، İraq ، kərkük
captcha