IQNA

Yəmənlilər FİTR bayramı mərasimlərini keçirə bilmədilər

22:50 - June 16, 2018
Xəbər sayı: 3483328
Yəmənin məzlum müsəlman xalqı regionda gedən müharibəyə görə, neçə illərdir ki, özlərinin milli və ənənəvi FİTR bayramı mərasimlərinin qeyd edə bilmirlər.

Yəmənlilər FİTR bayramı mərasimlərini keçirə bilmədilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin məzlum müsəlman xalqı regionda gedən müharibəyə görə, neçə illərdir ki, özlərinin milli və ənənəvi FİTR bayramı mərasimlərinin qeyd edə bilmirlər.

Yəmən xalqının milli və ənənəvi FİTR bayramı mərasimləri "əvadə" və "əsəbul-eyd" adlanır. Amma Səudiyyə Ərəbistanı və müttəfiqlərinin bu ölkəyə 2015-ci ildən dayanmayan hücumları və qeyri-bərabər döyüşlər nəticəsində məzlum Yəmən vətəndaşları öz milli və dini bayramlarını qeyd etmək imkanına malik deyildirlər.

FİTR bayramında "Əvadə" ənənəsinə əməl edən yəmənli kişilər bayram günü xanımlarına və ailə üzvlərinə pul hədiyyə edirlər. Bu adət müharibə başlayan ildən bəri öz rəngini itirmişdir.

Qeyd edək ki, ABŞ nökəri olan Səudiyyə Ərəbistanı və onun regiondakı müttəfiqləri 2015-ci ildə məzlum müsəlman Yəmən xalqına hücum etdi. Bu hücumun nəticəsində dağıntı, ölən və yaralananlardan əlavə 6 milyon yəmənli çətin və ağır iqtisadi duruma düşüblər.  

 http://iqna.ir/fa/news/3723059

Teqlər: iqna ، yəmən ، fitr bayramı
captcha