IQNA

Ərəbistanın "Media Quranın xidmətində" mükafatı

1:53 - June 18, 2018
Xəbər sayı: 3483336
Səudiyyə Ərəbistanında "media Qurani-Kərimin xidmətində; hazırkı vəziyyətin araşdırılması, problemlər və fürsətlər" şüarı ilə Quran-Kərim mükafatı müsabiqəsi keçiriləcək.

Ərəbistanın İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında "media Qurani-Kərimin xidmətində; hazırkı vəziyyətin araşdırılması, problemlər və fürsətlər" şüarı ilə Quran-Kərim mükafatı müsabiqəsi keçiriləcək.

Qurani-Kərim mükafatı müsabiqəsi Səudiyyə Ərəbistanın üçüncü Quran tədqiqatları beynəlxalq konfransının haşiyəsində təşkil edilmişdir.

Qurani-Kərim mükafatı müsabiqəsinin təşkili üçün informasiya portalı yaradılmışdır. Bu müsabiqə "Məlik Süud universiteti"nin nəzaərti altında və Quran tədqiqatları mərkəzinin həmkarlığı ilə cari ilin payızında (15 – 18 Oktyabr 2018-ci il) keçiriləcəkdir.

Bu müsabiqədə iştirak etmək isəyənlər qarşıdakı linkə keçərək qeydiyyata düşə bilərlər: https://qmaward.com/register.php

Qurani-Kərim mükafatı müsabiqəsi Qurani-Kərim mövzusunda sənədli filmlər və foto olmaqla iki hissədə keçiriləcəkdir. Müsabiqənin ən yaxşını filminə 30 min Ərəbistan riyalı veriləcəkdir. Fotoqraflıq bölməsində isə qalibi 15 min riyal mükafat gözləyir.  

Yarışda iştirak etmək hamı üçün azaddır. Dünyanın hər bir yerindən fərdi və ya qrup şəkilində bu yarışlara qatılmaq imkanı vardır. Amma yarışlara göndərilən sənədli filmlər ən azı 7 və ən çoxu 13 dəqiqədə olmalıdır. Yarışa qatılmaq istəyənlər öz əsərlərini Avqust ayının 18-dək yarışların keçirilməsi komitəsinə göndərə bilərlər.  

http://iqna.ir/fa/news/3723338  

captcha