IQNA

Almaniya institutlarında Quran və Hədis elmləri tədris ediləcək

1:28 - June 22, 2018
Xəbər sayı: 3483355
Almaniyanın Hamburq şəhərində 1997-ci ildə təsis edilərək fəaliyyətə başlamış İslami və humanitar elmlər institutu hazırda Quran və Hədis elmləri üzrə də aktivə fəaliyyət göstərir.

Almaniya institutlarında Quran və Hədis elmləri tədris ediləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Hamburq şəhərində 1997-ci ildə təsis edilərək fəaliyyətə başlamış İslami və humanitar elmlər institutu hazırda Quran və Hədis elmləri üzrə də aktivə fəaliyyət göstərir.

Bu institut İslam elmləri və humanitar fənlər üzrə fəaliyyət göstərmək hədəfi ilə təsis edilmişdir və İslami və humanitar elmlərin müxtəlif ixtisasları üzrə təlim kursları təşkil edir.

Buna görə də müəssisənin əsas proqramlarından biri də dinlərarası dialoq üçün zəmin yaratmaq və müsəlmanlar ilə qeyri-müsəlmanlar arasında təhsil sistiemi yolu ilə qarşılıqlı anlaşma üçün münasib fəza icad etməkdir.

Almaniyanın humnatirar elmlər institutu sadalanan fəaliyyətlərdən əlavə həm də Avropanın bir çox universitetlər və araşdırma mərkəzləri ilə də həmkarlıq edir.

Bu müəssisənin təlim kursları əyani və virtual olaraq İslam emləri, İslamşünaslıq, Fars dili və ədəbiyyatı, Ərəb dili və ədəbiyyatı, Fəlsəfə, İrfan və Quran və Hədis elmləri ixtisasları üzrə keçirilir.

Müəssisədə elmi məqalələrin araşdırılması, tərcümə işləri və elmi konfransların təşkili kimi fəaliyyətlər də icra edilir. İstehsal edilmiş əsərlər Fars, Ərəb və Alman dillərində çap olunur.  

Bu müəssisənin digər iki şöbəsi isə Avstriya və İsveçdə fəaliyyət göstərir. Mərkəzi ofis isə Almaniyanın Hamburq şəhərindədir.     

http://iqna.ir/fa/news/3724322

Teqlər: iqna ، almaniya ، quran və hədis
captcha