IQNA

BMT-nin nümayəndəsi Ədəndədir

23:28 - June 27, 2018
Xəbər sayı: 3483387
BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Grifits əl-Hüdeydə hadisələri barədə müzakirələrə qoşulmaq üçün Yəmənin cənubunda liman şəhəri olan Ədən şəhərinə gəlib.

BMT-nin nümayəndəsi ƏdəndədirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Grifits əl-Hüdeydə hadisələri barədə müzakirələrə qoşulmaq üçün Yəmənin cənubunda liman şəhəri olan Ədən şəhərinə gəlib.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Grifits (Martin Griffiths) Ədəndə Yəmənin vəzifədən qovulmuş keçmiş prezidenti Mənsur Hadi Əbdirəbbi ilə görüşəcək. Onlar guya əl-Hüdeydə problemlərini müzakirə edəcəklər. əl-Hüdeydəki danışıqlar bu liman şəhərindəki hərbi qarşıdurmanı dayandırmaq və Yəmən barədə dialoqların yenidən başladılması hədəfini daşıyır.

Həmçinin bu görüş çərçivəsində gələn həftələr ərzində BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Yəməndə sülh danışıqları barədə yeni layihəsi müzakirə olunacaqdır.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Grifits (Martin Griffiths) keçən həftənin Cüməaxşamı günü bəyaniyyə yayaraq əl-Hüdeydə limanında humanitar vəziyyətin ağır olduğu barədə xəbərdarlıq etmiş və bildirmişdi ki, əl-Hüdeydədə hərbi əməliyyatlar dayandırılmalı və tərəflər müzakirə mizinə oturmalıdırlar.  

http://iqna.ir/fa/news/3726000

Teqlər: iqna ، əl-hüdeydə ، yəmən ، mənsur hadi ، bmt
captcha