IQNA

Almaniyanın "xristian demokrat birliyi" hicabın müxaliflərinə qoşuldu

16:14 - July 03, 2018
Xəbər sayı: 3483414
"Xristian Demokrat Birliyi" konqresi qalmaqallı toplantısında müsəlman xanımların dini təsəttürü və hicabını on dörd yaşından aşağı uşaqlar üçün qadağan edilməsinə səs çoxluğu ilə müsbət rəy verdi.

Almaniyanın İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Hamburq şəhərində yerləşən "Xristian Demokrat Birliyi" konqresi qalmaqallı toplantısından sonra müsəlman xanımların dini təsəttürü və hicabını on dörd yaşından aşağı uşaqlar üçün qadağan edilməsinə səs çoxluğu ilə müsbət rəy verdi.

Bundan öncə isə Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində on dörd yaşından aşağı müsəlman xanımlara dini örtük və hicabın qadağan edilməsi, bu əyalətdə müsəlmanların kəskin etirazı ilə qarşılanmışdı.

İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinin bu barədə verdiyi məlumata əsasən, "Xristian Demokrat Birliyi" konqresinin qadınlar fraksiyasının rəisi Frantsiska Huberman deyib: Bu barədə açıq mövqe sərgiləməyimizin vaxtı çatmışdır. Bu qərar həqiqətdə sağlam ictimai yaşamın təməl prinsipləri barədə çıxarılmışdır.

Hamburq şəhərində on dörd yaşından aşağı qızların hicab bağlamasına qarşı olanlar da etiraf ediblər ki, bu şəhərdə azyaşlı hicablı qızların sayı çox deyil. Amma onlar bu hicablı qızlar barədə dəqiq say bilmədiklərinə baxmayaraq belə bir qərarı səsə qoyublar.

Almaniyanın Hamburq şəhərində yerləşən "Xristian Demokrat Birliyi" konqresi üzvü Markus Vaynberg bu məsələyə mənfi rəy verərək deyib: Hicab örtmək qadağası ölkənin ana yasasının qanunlarından deyil. Əyalət və federal dövlətlər məzhəbi məsələlərdə tərəfsiz qalmalıdırlar.

Almaniyada azyaşlı uşaqların hicab bağlamasına müxalif olanlar isə deyirlər ki, hicab bağlamaq uşaqların azad böyüməsi və inkişafının qarşısını alır.

http://iqna.ir/fa/news/3727279

captcha