IQNA

Hamburgda Asiya və Afrika İnstitutu və İslamşünaslıq

7:36 - July 08, 2018
Xəbər sayı: 3483432
Almaniyanın "Hamburg universiteti" bu ölkənin 15 ən yaxşı təhsil müəssisəsindən və dünyanın ən yaxşı 220 universitetindən biridir və Almaniyanın şimalında ən böyük təlim və araşdırma müəssisəsidir.

Hamburgda Asiya və Afrika İnstitutu və İslamşünaslıqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın "Hamburg universiteti" bu ölkənin 15 ən yaxşı elm və təhsil müəssisəsindən və dünyanın ən yaxşı 220 universitetindən biridir və Almaniyanın şimalında ən böyük təlim və araşdırma müəssisəsidir.

Bu universitetin əsas korpusu şəhərin mərkəzi sayılan Rotherbaumda yerləşir. Universitetin tərkib hissəsi kimi fəaliyyət göstərən digər insititut və müəssisələr isə şəhər səthində dağınıqdır.

Hamburq universitetinin bir müəssisəsi də Orta Şəqr və Asiya xalqlarının tarixi və mədəniyyətini araşdırmaqla məşğuldur ki, Asiya və Afrika bölməsinin nəzdində fəaliyyət göstərir və yüz illik tarixi vardır.

1908-ci ildə Hamburqun modern üslublara əsaslanan universiteti təsis ediləndə ilk dəfə "Hamburqun istemarçılıq araşdırmaları müəssisəsi" (Hamburgisches Kolonialinstitut) adı və ticarət üçün məqsəd ölkələrin dil və mədəniyyətini öyrətmək hədəfi ilə işə başladı. Amma zaman axarında müsəlmanların, ərəb, türk, afrika və asiyalıların bu şəhərə axışması nəticəsində universitetin araşdırma hədəfi dəyişdi və Afrika və Asiya millətlərinin tarixi və mədəniyyəti barədə araşdırmalara meyilləndi. Və beləliklə sonda adını da dəyişərək "Asiya və Afrika insititu" adlandı. Hazırda bu insititutun "Japanologie" (yaponları tanımaq) və "Sinologie" (çinliləri tanımaq) kimi yeddi bölməsi vardır. Bunların arasında ən mühümmü və qədimisi Orta Şərq xalqlarının tarix və mədəniyyətinin araşdırmaları bölməsidir. Bu bölmənin bakalavr, magist və doktorantura pillələrində üç əsas ixtisadı var: İslamşünaslıq, İranşünaslıq və Türkşünaslıq. Hər üç ixtisasda tələbələr araşdırdıqları xalqların dilini kamil şəkildə öyrənirlər.

Bu müəssisədə İslamşünaslıq fakültəsini "Carl Heinrich Becker" təsis etmişdir ki, Almaniyada yeni İslamşünaslıq metodlarının (Pozitivist araşdırmalar) banisi sayılır. Bu fakültənin ən qədim elmi işlərindən biri də "Der İslam" jurnalının çap və nəşridir.

Hamburq universitetinin nəzdində Asiya və Afrika insititutundan başqa da bir müəssisə vardır ki, "Dünya dinləri akademiyası"nın tərkib hissəsi olaraq İslamşünaslıq sahəsində fəaliyyət göstərir. Bu fakültənin ümumi adı "Religionen, Dialog und Bildung"dir və İslam, yəhudilik, xristiyanlıq, hinduzim və buddizm kimi dinləri öyrədir. Bu ixtisasın əsas hədəfi dinlərarası dialoq üçün zəmin yaratmaq və müxtəlif dinlərin ardıcılları arasında anlaşmaq üçün lazım olan əlaqələri qurmaqdır. Bu ixtisasın məzunları dini və elmi mərkəzlərdə tərbiyəçi və müəllim kimi fəaliyyət göstərmək üçün yetişdirilirlər.

http://iqna.ir/fa/news/3727832

captcha