IQNA

Banqladeşdəki ruhingiyalı qaçqınların dəqiq sayı açıqlandı

13:29 - July 15, 2018
Xəbər sayı: 3483475
Banqladeşin baş naziri Əsəd Zaman Xan mətbuata bildirib ki, Myanmanın Raxin əyalətində bu ölkəyə qaçan ruhingiyalı müsəlmanların sayı dəqiq məlum olub.

Banqladeşdəki ruhingiyalı qaçqınların dəqiq sayı açıqlandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Banqladeşin baş naziri Əsəd Zaman Xan mətbuata bildirib ki, Myanmanın Raxin əyalətində bu ölkəyə qaçan ruhingiyalı müsəlmanların sayı dəqiq məlum olub.

Bu barədə ölkə parlamentində məruzə edən Əsəd Zaman Xan (Banqladeşin baş naziri) dedi: Hazırda Maynmanın Raxin əyalətindən qaçaraq Banqladeşə sığınmış ruhingiyalı müsəlmanların sayı 1 milyon 118 min 576 nəfərdir.

O əlavə edib: Hazırda Banqladeşə sığınmış bütün ruhingiyalı qaçqınlar aidiyyatı üzrə orqanlarda qeydiyyatdan keçmişdir və qeydiyyata alınmamış qaçqın yoxdur. Həmçinin ruhingiyalı müsəlmanların Kakas Bazar rayonundakı qərargahında yeni doğulan uşaqların da qeydiyyata alınması üçün səyyar şöbələr yaradılmışdır.

BMT-nin baş katibinin sözçüsü keçən həftənin üçüncü günü elan etmişdi ki, ruhingiyalı müsəlman qaçqınların öz vətəninə dönməsi üçün hələ də Myanmada lazım olan şərait yaradılmayıb.

http://iqna.ir/fa/news/3729677  

captcha