IQNA

21:00 - July 22, 2018
Xəbər sayı: 3483510
Banqladeş Myanmar dövlətinin ruhingiyalı müsəlman azlıqlar əleyhinə törətdiyi cinayətləri sübut edən sənədləri və lazım olan məlumatları Beynəlxalq Haaqa Cəza Məhkəməsinə təqdim etmişdir.

Myanma dövlətinin cinayət sənədləri Haaqa Məhkəməsinə təqdim edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Banqladeş senatlar məclisnin rəisi elan etdi ki, ölkəsi Myanmar dövlətinin ruhingiyalı müsəlman azlıqlar əleyhinə törətdiyi cinayətləri sübut edən sənədləri və lazım olan məlumatları Beynəlxalq Haaqa Cəza Məhkəməsinə təqdim etmişdir.

Banqladeş senatlar məclisnin rəisi Şirin Şərmin Çuhədri (Shirin Sharmin Chaudhury) ki, Roma nizamnaməsinin qəbul edilməsini niyirminci ildönümü münasibəti ilə Beynəlxalq Haaqa Cəza Məhkəməsində keçirilən toplantıda işirak edirdi, vurğuladı: Myanma dövləti Raxin əyalətindəki ruhingiyalı müsəlmanları evləri və yurdlarından qaçqın salmaqla onları soyqırıma düçar etdi. Baxmayaraq ki, Myanma Beynəlxalq Haaqa Cəza Məhkəməsinin üzvü deyil, amma Banqladeş Myanma dövlətinin ruhingiyalı müsəlman azlıqlar əleyhinə törətdiyi cinayətləri sübut edən sənədləri və lazım olan məlumatları bu məhkəməyə təqdim etdi.

BMT və İnsan Haqları Şurası öhdəsinə almışdır ki, Myanmanın müsəlman azlıqlar barəsində törətdiyi cinayətlərinin ifşa edilməsi və günahkarların cəzalandırılmasında və həmçinin müsəlmanların öz vətənlərinə qaytarılması prosesində Banqladeş dövlətinin yanında olacaqdır.

Qeyd edək ki, indiyədək 700 min nəfər ruhingiyalı müsəlman Myanma dövlətinin həyata keçirdiyi terror və soyqrımı cinayətləri nəticəsində öz vətənlərindən qaçqın düşərək Banqladeşə sığınmışlar. Banqladeş bundan öncə də Myanmada incidildikləri üçün ölkədən qaçmış 400 min müsəlmana evsahibliyi edirdi.

http://iqna.ir/fa/news/3732098

Ad:
E-poçt:
* Comment: