IQNA

11:56 - July 24, 2018
Xəbər sayı: 3483526
BMT-nin TŞ-nın iyul ayı üzrə sədri, İsveçin BMT-də daimi təmsilçisi Olof Skoog, Arakan böhranının həll olunması üçün Təhlükəsizlik Şurasının daha çox cəhd göstərməsinin lazım olduğunu vurğulayıb.

Arakanlı müsəlmanlar üçün vaxt azalırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BMT-nin Təhlükəsizlik Şurasının iyul ayı üzrə sədri, İsveçin BMT-də daimi təmsilçisi Olof Skoog, Arakan böhranının həll olunması üçün Təhlükəsizlik Şurasının daha çox cəhd göstərməsinin lazım olduğunu vurğulayıb. 

Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Myanmar üzrə xüsusi təmsilçisi Christine Schraner Burgener, Myanmara səfərinin ardından BMT Təhlükəsizlik Şurasını ilk dəfə qapalı iclasda məlumatlandırıb. 

Hollandiyanın BMT-də daimi təmsilçisi Lise Gregoire van Haaren, Arakanlı qaçqınların Myanmar Təhlükəsizlik Qüvvələrinin zorakılığından qaçıb Banqladeşə sığınmalarının üzərindən demək olar ki bir il keçdiyini xatırladaraq, "Vaxt gedir, günahkarların cavab verməsi lazımdır. Güvənli addımlar atılmalıdır"-deyə çıxış edib.

BMT-nin məlumatına görə, 2017-ci il 25 avqustdan sonra 1 ay müddətində 10 minə yaxın arakanlı ifratçı buddistlər və Myanma ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilib, 700 minə yaxın müsəlman isə Myanma ordusunun zülmündən qaçaraq Banqladeşə sığınıb.

Beynəlxalq İnsan Haqları Təşkilatları, paylaşdıqları peyk görüntüləriylə yüzlərlə kəndin yox edildiyini göstərdilər.

Arakanlı müsəlmanların torpaqlarına dönməsi üçün Myanmar və Banqladeş dövlətləri arasında imzalanan razılaşma, didərgin düşənlərin vəziyyətini rəsmiləşdirmək mümkün olmadığı üçün həyata keçirilə bilmir.

Teqlər: iqna ، bmt ، ، arakan ، raxin ، ruhingiya
Ad:
E-poçt:
* Comment: