IQNA

Banqladeş ruhingiyalıların Myanmaya qayıtmasını istəyir

8:56 - July 28, 2018
Xəbər sayı: 3483550
"Ölkəmiz insansevərlik naminə və humanitar məqsədlə ruhingiyalı qaçqınlara müvəqqəti olaraq sığınacaq vermişdir. Amm indi lazımdır ki, onlar yenidən öz ölkələrinə dönsünlər."

Banqladeş ruhingiyalıların Myanmaya qayıtmasını istəyirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, xanım Şeyxə Hüseynə (Banqladeşin baş naziri) Misrin Dakadakı yeni səlahiyyətli səfiri Vəlid Əhməd Şəmsüddin ilə telefon danışığında ölkəsinin ruhingiyalı qaçqınları insansevərlik naminə qəbul etdiyini vurğulayaraq, onların Myanmaya qayıtmalarının lazım olduğunu vurğulayıb.

Banqladeşin baş naziri deyib: Ölkəmiz insansevərlik naminə və humanitar məqsədlə ruhingiyalı qaçqınlara müvəqqəti olaraq sığınacaq vermişdir. Amm indi lazımdır ki, onlar yenidən öz ölkələrinə dönsünlər.

O deyib: Banqladeş hazırda Myanma və digər maraqlı tərəflərlə bu böhranın aradan qaldırılması üçün danışıqlar aparır, amma Myanma dövləti razılaşmalara əməl etmir.

Xanım Şeyxə Hüseynə vurğulayır: Banqladeş qaçqınların müvəqqəti sığınacağı üçün yer hazırlayır. Bu sığınacaqda bir milyon ruhingiyalı müsəlman yerləşdiriləcək. Bu addımın hədəfi qaçqınlar üçün daha yaxşı bir fəza və əlverişli yaşamaq şəraiti yaratmaqdır. Çünki qaçqınlar hazırda çox izdihamlı və namünasib bir şəraitdə Kakasbazardakı düşərgədə yaşayırlar.

http://iqna.ir/fa/news/3733647

Teqlər: iqna ، kakasbazar ، daka ، myanma ، ruhingiya
captcha