IQNA

Misrli keşiş adam öldürməkdə suçlandı

10:03 - August 13, 2018
Xəbər sayı: 3483650
Misrin baş prokuroru bu ölkədə yaşayan qibtilərin keşişi Əşiya Məqarini qəsdən adam öldürməkdə ittiham edərək onun həbs edilməsi və barəsində daha çox istintaq aparılması barədə göstəriş verib.

Misrli keşiş adam öldürməkdə suçlandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin baş prokuroru bu ölkədə yaşayan qibtilərin keşişi Əşiya Məqarini qəsdən adam öldürməkdə ittiham edərək onun həbs edilməsi və barəsində daha çox istintaq aparılması barədə göstəriş verib.

Qibtilərin keşişi Əşiya Miqari Misrin Bühyera əyalətinin "Amqar" kilsəsinin rəisi 68 yaşlı Epifanusu öldürməkdə təqsirləndirilib.

Miqarini müdafiə edən vəkil Əmir Nasifin bu barədə verdiyi məlumata görə, müttəhim Cümə günü İskəndəriyyə şəhərinin prokurorluğuna gətirilib və barəsində mühakimədən öncə dörd gün həbs hökmü çıxarılıb. Barəsində qəsdən adam öldürmək ittihamə səsləndirildikdən sonra isə dünən, həftənin bazar günü, 12 Avqust 2018-ci il, onun həbsi 15 gün də artırılıb.

Qeyd edək ki, İyul ayının axırıncı həftəsində 68 yaşlı Epifanusun cəsədi başından yaralanmış halda Miqar kilsəsinin dəhlizində tapılıb. Əşiya Miqari və digər bir keşiş Epifanusun qətlində təqsirli bilinirlər.      

  

http://iqna.ir/fa/news/3737928

 

Teqlər: keşiş ، qatil ، qibti ، iqna
captcha