IQNA

Süleymaniyyə Quran festivalında 120 qari və hafiz iştirak edib

9:02 - August 19, 2018
Xəbər sayı: 3483689
İraqın Kürdüstan əyalətinin Süleymaniyyə şəhərində keçirilən 6-cı "Nurul-Qulub" Quran festivalında müxtəlif bölgələrdən olan 120 nəfər Quran qarisi və hafiz iştirak edib.

Süleymaniyyə Quran festivalında 120 qari və hafiz iştirak edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kürdüstan əyalətinin Süleymaniyyə şəhərində keçirilən 6-cı "Nurul-Qulub" Quran festivalında müxtəlif bölgələrdən olan 120 nəfər Quran qarisi və hafiz iştirak edib.

Cari həftənin Cümə günü keçirilən bu festivalda qari və hafizlər Qurani-Kərimin son dörd cüzünün peşəkar qiraəti və hifzi üzrə rəqabət aparıblar.

Küdüstanın Dəhuk və Hələbçə şəhərlərindən olan iştirakçılar yarışların final mərhələsinə qədər irəliləyərək festivalın mükafatını qazana biliblər.

Festivalın keçirilməsi komitəsinin rəisi Kucər Ömər deyib: Quran festivalında iştirakın şərtlərindən biri də bu idi ki, beynəlxalq yarışlarda mükafat əldə edənlər bu yarışlara qatıla bilməzdilər. Bu şərtin qoyulmasının hədəfi digər cavanlara öz istedadlarını göstərmək üçün fürsət verilməsi idi.

Qeyd edək ki, bu Quran festivalında Kürdüstan əyalətindən olan 12 nəfər Quranın hifzi və qiraəti üzrə yüksək rütbələri əldə ediblər.    

http://iqna.ir/fa/news/3739177

برگزاری جشنواره قرآنی «نورالقلوب» در کردستان عراق

برگزاری جشنواره قرآنی «نورالقلوب» در کردستان عراق

captcha