IQNA

Qətəri insanların ibadət azadlığını pozmaqda suçladılar

6:27 - August 20, 2018
Xəbər sayı: 3483696
Qətər dövlətindən BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İnsan Hüquqları Şurasına insanların ibadət azadlığını pozduğu üçün şikayət edildi.

Qətəri insanların ibadət azadlığının pozulmasında suçladılarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətər dövlətindən BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İnsan Hüquqları Şurasına insanların ibadət azadlığını pozduğu üçün şikayət edildi.

Bu şikayəti üç beynəlxalq təşkilat Qətərin öz vətəndaşlarını Həcc mərasiminə buraxmaması səbəbi ilə hazırlayaraq təqdim edib.

Baxmayaraq ki, Qətər dövləti Səudiyyə Ərəbistanını Həcc mərasimini siyasiləşdirməkdə, həmçinin Qətər vətəndaşlarına Həcc vizası verməməkdə günahlandırır, amma "Avropa və İngiltərənin Ərəb İnsan Haqları Təşkilatı", "Afrika İrs və İnsan Haqları Təşkilatı" və "Xəlilci Azadlıq və Hüquq Təşkilatı" müştərək şikayətnamə tənzim edərək Qətəri siyasi oyunlar səbibi ilə vətəndaşların dini azadlıqlarını pozmaqda günahlandırmış və şikayətnaməni BMT-nin İnsan Hüquqları Şurasına təqdim etmişlər.

Bu təşkilatlar Qətəri BMT-nin İnsan Hüquqları Şurasına üzv olan bir dövlət kimi din və etiqad azadlıqları meyarlarına əməl etmədiyi üçün günahlandırıblar. Onlar həm də sosial şəbəkələrdə Qətər əleyhinə kampaniya başladıblar ki, istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.

Ərəbistan da öz növbəsində bu məsələdə Qətəri günahlandırıb və hətta bəzi Qətər vətəndaşlarının bu ilin Həcc mərasiminə qatıldığını vurğulayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misr, BƏƏ və Bəhreyn kimi terroristləri dəstəkləyən dövlətlər 2017-ci ilin İyun ayından Qətər ilə diplomatik əlaqələrini "Qətər terrorizmi dəstəkləyir" bəhanəsi ilə kəsiblər. Qətər dövləti isə bu ittihamı rədd edərək adı çəkilən dövlətlərin özünü bu məsələdə suçlayır.  

http://iqna.ir/fa/news/3739585  

Teqlər: iqna ، qətər ، həcc
captcha