IQNA

Fələstinlilər 8 ildir bu məktubları gözləyirlər

6:41 - August 20, 2018
Xəbər sayı: 3483697
Fələstinlilərin 8 il intizarında olduğu bu poçt bağlamalarının gecikməsinə səbəb isə işğalçı və sionist İsrail rejiminin bu mətkubların sahiblərinə çatmasına süni şəkildə əngəl olması idi.

Fələstinlilər 8 ildir bu məktubları gözləyirlərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, on ton poçt zərfləri və bağlaması səkkiz ildən sonra Fələstinin Qərb Sahillərinə çatdı.

Fələstinlilərin 8 il intizarında olduğu bu poçt bağlamalarının gecikməsinə səbəb isə işğalçı və sionist İsrail rejiminin bu bağlama və mətkubların sahiblərinə çatmasına süni şəkildə əngəl olması idi.

Qərb Sahillərindəki Əriha şəhərinin poçt idarəsi hazırda 2010-cu ildən indiyədək sionist rejiminin göndərilməsinə icazə vermədiyi üçün İordaniyada qalmış poçt bağlamalarını sahiblərinə göndərməyə hazırlaşır. Bu göndərişlər əvvəlcə "təhlükəsizlik təbdirləri" bəhanəsi ilə işğal edilmiş ərazilərdə yoxlanılacaq və daha sonra Qərb Sahillərində sahiblərinə çatdırılacaqdır.

Fələstinin poçt idarəsinin baş direktoru Hüseyn Səvaftə bu barədə bildirib ki, gecikdirilmiş poçt göndərişlərinin sahiblərinə çatdırılması üçün Əriha şəhərinin poçt idarəsində xüsusi işçi qrup ayrılıb.

http://iqna.ir/fa/news/3739913    

 

Teqlər: iqna ، məktub ، zərf ، israil
captcha