IQNA

17:41 - August 24, 2018
Xəbər sayı: 3483720
Stefan Ducarik mətbuat konfransında bildirib ki, keçən ilin Avqust ayının 25-dən inidiyədək Myanmada müsəlmanlar əleyhinə çoxaln zülm və zorakılıqdan 700 min ruhingiyalı müsəlman Banqladeşə qaçıb.

BMT Myanma müsəlmanlarının vəziyyətindən nigarandırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyənin "Anadolu xəbər agentliyi"nə istinadla verdiyi xəbərə görə, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) sözçüsü elan edib ki, cari ilin ilk altı ayında Myanmanın Raxin əyalətində yaşayan on bir min nəfər ruhingiyalı müsəlman onlara qarşı törədilən zinayət, zorakılıq və zülmün əlindən qaçaraq Banqladeşə sığınıblar.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) sözçüsü Stefan Ducarik (Stephane Dujarric) mətbuat konfransında bildirib ki, keçən ilin (2017) Avqust ayının 25-dən inidiyədək (23 Avqust 2018) Myanmada müsəlmanlar əleyhinə çoxaln zülm və zorakılıqdan 700 min ruhingiyalı müsəlman Banqladeşə qaçıb.

O əlavə edib: Myanma dövləti ruhingiyalı müsəlmanlara humanitar yardımların göndərilməsinin qarşısını alır. Humanitar təşkilatlar öz köməklərinin ruhingiyalı müsəlmanlara çatdırmaq üçün həmin ərazilərə getməlidirlər. Myanma müsəlmanlarının köməyə çox ehtiyacları vardır. BMT hazırda Raxin əyalətində müsəlmanlara qarşı baş verənlərə görə nigarandır.

Qeyd edək ki, BMT və digər İnsan Hüquqları Təşkilatları Myanmada radikal buddistlərin dövlətin himayəsi altında müsəlmanlara qarşı törətdikləri cinayətləri "qətliam", "soyqırım" və "etnik təmizləmə" kimi qiymətləndirsələr də, indiyədək Myanma dövlətinə bu barədə heç bir ciddi təzyiq göstərilməyib.    

http://iqna.ir/fa/news/3740788

Teqlər: iqna ، myanma ، ruhingiya ، bmt
Ad:
E-poçt:
* Comment: