IQNA

9:20 - August 29, 2018
Xəbər sayı: 3483754
Çin dövləti BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İnsan Haqları Şurasını Myanma dövlət qoşunlarını ruhingiyalı müsəlmanları soyqırım etməkdə günahlandırmasını qınadı.

Çin Myanmanın müsəlmanlara qarşı cinayətlərini dəstəklədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin dövləti BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Myanma qoşunlarını ruhingiyalı müsəlmanları soyqırım etməkdə günahlandırmasını qınadı.

BMT-nin İnsan Hüquqları Şurası istintaq qrupu həftənin birinci günü, 27 Avqust 2018-ci il, yekun hesabatında Myanmanın Raxin əyalətində ruhingiyalı müsəlmanların başına gələnləri soyqırım adlandıraraq Myanma qoşunlarını müsəlmanlara qarşı təcavüzdə və onları qətliam etməkdə günahlandırdı və bu ölkənin qoşun generallarının mühakimə olunmasını istədi.

BMT-nin İnsan Hüquqları Şurası  bu hesabatda tələb etdi ki, Myanma silahlı qoşunlarının komandiri və bu ordunun digər beş generalı belə dəhşətli cinayətləri törətdikləri üçün beynəlxalq cəza məhkəməsində cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Bunun ardınca, həftənin ikinci günü, mətbuat konfransı keçirən Çinin xarici işlər nazirliyinin sözçüsü Hua Çunying jurnalistlərin suallarının cavabında dedi: Myanma dövlətinə təzyiq göstərmək ruhingiyalı müsəlmanların məsələsinin həllinə kömək etməyəcəkdir.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurasında (TŞ) veto hüququna malik olan Çin dövləti Myanmanın müttəfiqidir. Çin dövləti Myanmanın müsəlmanlar əleyhinə apardığı soyqırım və qətliam siyasətini dəstəkləyir.     

http://iqna.ir/fa/news/3742114  

Teqlər: iqna ، çin ، myanma ، ruhingiya
Ad:
E-poçt:
* Comment: