IQNA

19:42 - August 31, 2018
Xəbər sayı: 3483763
Dünya Müsəlman Alimlər Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) Myanmada Arakanlı müsəlmanlara qarşı törədilən cinayətlərin Beynəlxalq Haaqa Tribunalına çıxarılması çağırışını edib.

Dünya Müsəlman Alimlər Birliyindən BMT-yə müraciətİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "maidə.az"a istinadla verdiyi xəbərə görə, Dünya Müsəlman Alimlər Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) Myanmada Arakanlı müsəlmanlara qarşı törədilən cinayətlərin Beynəlxalq Haaqa Tribunalına çıxarılması çağırışını edib.

Birlik tərəfindən yayımlanan yazılı açıqlamada Arakanlı müsəlmanların 6 ildən çox müddətdir çəkdikləri əziyyət, məruz qaldıqları öldürülmə, təcavüz, deportasiya və soyqırımlarına diqqət çəkilib.
 
Arakanlı müsəlmanların bu gün dünyada ən çox zülmə məruz qalan xalqlardan olduğunun vurğulandığı açıqlamada, BMT-yə bağlı müstəqil araşdırma missiyasının Myanmada törədilən cinayətlərlə bağlı verdiyi qərarların təqdirlə qarşılandığı bildirilib. Açıqlamada beynəlxalq aləmdən Myanma hökumətinə təzyiq çağırışı edilib.
 
BMT tərəfindən yaradılan Beynəlxalq Myanma Müstəqil Araşdırma Missiyası avqustun 27-də verdiyi bəyanatla Myanma ordusunun (Tatmadav) Baş Qərargah rəisi Min Aunq Hlainqin də aralarında olduğu yüksək rütbəli ordu mənsublarının Arakanlı müsəlmanlara etdiyi soyqırımı ilə əlaqədar Beynəlxalq Haaq Məhkəməsində mühakimə olunmasını istəmişdi.
Teqlər: iqna ، myanma ، arakan ، ruhingiya ، raxin
Ad:
E-poçt:
* Comment: