IQNA

Ayətullah Xamenei:
10:26 - September 08, 2018
Xəbər sayı: 3483806
Ayətullah Xamenei İran və Türkiyə arasında münasibətlərin İslami cərayanın hökumətə gəlməsindən sonra daha da artdığını bildirib və qeyd edib ki, müştərək sahələr gücləndirilmləidir.

İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İranda səfərdə olan Türkiyə prezidenti  Rəcəb Təyyib Ərdoğanı qəbul edib. 

Görüşdə Ayətullah Xamenei bildirib ki, bu gün İslam dünyasının ən önəmli ehtiyacı  müsəlman ölkələrin  bir-birinə daha da yaxınlaşması və işbirliyi təşkil etməsidir. “İslami ölkələr arasında birlik və əməkdaşlıq  regiondakı problemlərin  həlli üçün zəmin yaradacaq.  Bu səbəbdəndir ki, imperialist güclər və onların başında olan ABŞ müsəlman ölkələr arasında əməkdaşlıq və yaxınlaşma, eləcə də İslami gücün formalaşmasına görə narahatdırlar.”
 
Ayətullah Xamenei  ABŞ-ın güc sahibi olan İslam ölkələriylə düşmənçiliyinin səbəbinin bu narahatçılıqdan irəli gəldiyini vurğualayaraq qeyd edib ki,  İran İslam Respublikası və Türkiyə  regionda iki güclü ölkədir. “Hər iki dövlət İslam dünyası üçün müştərək motivlərə sahibdir.  Buna görə, ölkələrimiz arasında  siyasi və iqtisadi əməkdaşlıq  daha da inkişaf etdirilməlidir.”
 
Ayətullah Xamenei İran və Türkiyə arasında münasibətlərin İslami cərayanın hökumətə gəlməsindən sonra daha da artdığını bildirib və qeyd edib ki, müştərək sahələr gücləndirilmləidir.
 
Ali Rəhbər cənab Ərdoğanın  Myanmar hadisələri ilə bağlı tutduğu mövqeyə görə ona təşəkkür edib və  Fələstin məsələsindən danışıb. “Fələstin məsələsi həmişə önəmli olub və bu məsələdən bir an belə qəflət etmək olmaz. “
 

Teqlər: iqna ، türkiyə ، rusiya ، rəhbər ، Xamenei
Ad:
E-poçt:
* Comment: