IQNA

İndoneziya Fələstin xalqını dəstəkləyir

7:40 - September 29, 2018
Xəbər sayı: 3483970
İnoneziya prezidentinin müavini Yusif Kala Birləşmiş Millətlər Təşkilatının baş assambleyasının 73-cü iclasında ölkəsinin Fələstin xalqını tam istiqlaliyyət əldə edənədək dəstəkləyəcəyini elan edib.  

İndoneziya Fələstin xalqını dəstəkləyirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İnoneziya prezidentinin müavini Yusif Kala BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  baş assambleyasının 73-cü iclasında ölkəsinin Fələstin xalqını tam istiqlaliyyət əldə edənədək dəstəkləyəcəyini elan edib.  

İnoneziya prezidentinin müavini Yusif Kala BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  baş assambleyasının 73-cü iclasında vurğulayıb: Beynəlxalq ictimaiyyət Fələstin məsələsi qarşısında sakit dayanmamalıdır.  

Yusif Kala Fələstin məsələsinin həlli üçün təcili müzakirələrin başladılmasının zəruri olduğunu öncə çəkərək vurğuladı: Milyonlarla fələstinli insani böhran və təhlükə ilə üz-üzədirlər.

O, Fələstinin hazırkı durumunun regionda sülhün zəifləməsinə və Fələstin xalqının milli amalının məhvinə səbəb olduğunu bildirərək beynəlxalq ictimaiyyətdən bütün dünyada və xüsusilə də Orta Şərqdə öz öhdəçilik və məsuliyyətlərinə əməl etmələrini istədi.

Qeyd edək ki, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  baş assambleyasının 73-cü iclası keçən həftənin Şənbə günü Nyu-Yorkda başlayıb və Oktyabr ayının 1-dək davam edəcəkdir.

http://iqna.ir/fa/news/3750838  

Teqlər: iqna ، indoneziya ، fələstin ، bmt
captcha