IQNA

İstambulda "İslam Ümmətinin Ümumdünya Konfransı" keçiriləcək

17:27 - October 11, 2018
Xəbər sayı: 3484035
Türkiyənin "Səbahəddin Zəim" universiteti müsəlmanların problemlərinin və qlobal məsələlərinin müzakirə edilməsi hədəfi ilə "İslam Ümmətinin Ümumdünya Konfransı" keçirəcək.

İstambulda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin "Səbahəddin Zəim" universiteti müsəlmanların problemlərinin və qlobal məsələlərinin müzakirə edilməsi hədəfi ilə "İslam Ümmətinin Ümumdünya Konfransı" keçirəcək.

Bu konfrans Oktyabr ayının 14-dən 16-dək Türkiyənin İstambul şəhərinin evsahibliyi ilə "Səbahəddin Zəim" universitetinin "İslam və qlobal əlaqələr" salonunda keçiriləcək.

İstambulun evsahibliyi etdiyi bu konfransda dünyanın müxtəlif ölkələrinin elm ocaqlarından 20-dən çox müsəlman alimi və professorlar iştirak edəcək.  

"İslam Ümmətinin Ümumdünya Konfransı"nda müsəlman aləminə qərb ölkələri tərəfindən yeridilmiş və xarici missionerlər tərəfindən yaradılmış zorakı dindarlıq, ekstrimizm, radikalizm və terrorizm kimi məsələlər və Fələstinin işğal edilməsi mövzusu müzakirə ediləcəkdir.  

http://iqna.ir/fa/news/3754914  

 

captcha