IQNA

İran-İraq müharibəsini rəvayət edən kitab Türkiyədə nəşr edildi

17:29 - October 13, 2018
Xəbər sayı: 3484047
İran- İraq müharibəsini rəvayət edən "Ketabe DA" adlı roman kitabı İstambul tükcəsinə tərcümə və Türkiyənin "Kövsər" nəşriyyatı tərəfindən min trijla çap və nəşr edildi.

İran-İraq müharibəsini rəvayət edən kitab Türkiyədə nəşr edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə,  İran- İraq müharibəsini rəvayət edən "Ketabe DA" adlı roman kitabı İstambul tükcəsinə tərcümə və Türkiyənin "Kövsər" nəşriyyatı tərəfindən min trijla çap və nəşr edildi.

Bu kitab Seyyidə Zəhran Hüseyninin İran-İraq müharibəsi zamanı döyüş xatirələri və Xürrəmşəhrin döyüşün ilk günlərindəki vəziyyətindən danışır.

Seyyidə Zəhra Hüseyni hadisələri bu kitabda çox gözəl canlandırmışdır. Oxucu kitabı oxuyarkən özünü Xürrəmşəhərin həmin günlərdəki küçələrində hiss edir.

Bu kitab İslami Təbliğat və Əlaqələr Təşkilatının "Farsca əsərlərin digər dillərə tərcüməsi və çapı" layihəsi çərçivəsində İran İslam Respublikası İstambuladkı Mədəniyyət Mərkəzinin həmkarlığı və Humanitar Elmlər və İslam maarifinin nəşri və tərcüməsinin tənzimlənməsi mərkəzinin dəstəyi ilə tərcümə və nəşr edilmişdir.

Bu kitabı İstambul türkcəsinə İran İslam Respublikasının Fars dili və ədəbiyyatı universitetinin məzunu Xədicə Yılmaz Aslan tərcümə etmişdir.   

http://iqna.ir/fa/news/3755467

انتشار کتاب روایتگر جنگ تحمیلی در ترکیه

captcha