IQNA

Uyğur müsəlmanlara qarşı törədilən zülmü görüntüləyən tutuldu

10:49 - November 04, 2018
Xəbər sayı: 3484108
Çin polisi bir televizya proqramı üçün Uyğur müsəlman azlığına edilən zülmdən video hazırlayan 30 il iş tərcübəsi olan jurnalist Tur Sunu həbs etdi.

Uyğur müsəlmanlara qarşı törədilən zülmü görüntüləyən tutulduİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Çin polisi bir televizya proqramı üçün Uyğur müsəlman azlığına edilən zülmdən video hazırlayanı həbs etdi.

Tur Sunun jurnalistikada 30 il iş tərcübəsi vardır. O, Çin milli televiziyası üçün onlarla proqram istehsal edib və buna görə müxtəlif milli mükafatlara layiq görülüb. Bütün bunlara baxmayaraq Çin polisi onu Uyğur müsəlmanlarına edilən zülm barədə videomaterial hazırladığı üçün 11 il həbsə məhkum edib.

Qeyd edək ki, Çin dövləti radikalizm və terrorizmlə mübarizə bəhanəsi ilə on illərdir ki, Şərqi Türküstanda (Sincan) yaşayan Uyğur türklərindən ibarət müsəlmanlara zülm edir. Uyğur türkləri müsəlman olduqları üçün öz təbii, ictimai və dini hüquqlarından məhrum ediliblər. Çin dövləti bir milyondan çox Uyğur türkünü zorla müxtəlif düşərgələrdə saxlayır.

http://iqna.ir/fa/news/3760976

captcha