IQNA

Ruhangiyalılar üçün daimi xəstəxana açıldı

21:18 - November 11, 2018
Xəbər sayı: 3484152
Banqladeşdə Myanmanın Raxin əyalətindən bu ölkəyə sığınmış ruhingiyalı müsəlman didərginlər üçün xüsusi xəstəxana istifadəyə verilib.

Ruhangiyalılar üçün daimi xəstəxana açıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Banqladeşdə Myanmanın Raxin əyalətindən bu ölkəyə sığınmış ruhingiyalı müsəlman didərginlər üçün xüsusi xəstəxana istifadəyə verilib.

"Sərhədsiz Həkimlər Cəmiyyəti"nin təşəbbüsü və "Böyük Ürək Müəssisəsi"nin həmkarlığı ilə təsis edilən bu xəstəxananın açılış mərasimi Cümə günü, 9 Noyabr 2018-ci il, ruhingiyalı müsəlmanların məskunlaşdığı Kakasbazarın Kutubalung düşərgəsində keçirilib.

Xəstəxanada gün ərzində 100 yataq taxtı xəstələrin ixtiyarında olacaqdır. Bu il üçün xəstəxanadan 7200 nəfər tibbi xidmətlər üçün istifadə edə biləcək.

Bu xəstəxananın tikilməsi üçün Şarcənin təbliğat mediası başlatdığı kampaniya vasitəsi ilə 3 milyon dirhəm vəsait topalaya bilmişdi.

http://iqna.ir/fa/news/3762711

 

     

Teqlər: iqna ، ruhingiya ، raxin ، banqladeş
captcha