IQNA

Seyid Həsən Nəsrullah: İsrail ilə əlaqələrin nomrallaşdırılması münafiqlərin niqabını düşürüb

21:22 - November 11, 2018
Xəbər sayı: 3484153
Livan Hizbullahının baş katibi Ərəb ölkələrinin İsrail ilə əlaqələrini normallaşdırmalarının münafiqlər və riyakarların niqabını düşürdüyünü və onların iyrənc simasını aşkar etdiyini deyib.

Seyid Həsən Nəsrullah: İsrail ilə əlaqələrin nomrallaşdırılması münafiqlərin niqabını düşürübİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan  Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah şənbə günü Beyrutun cənubunda "Şəhid Günü" mərasimində iştirak edənlər üçün etdiyi video-konfransda İsrail rejmi ilə əlaqələrin normallaşdırılmasını kəskin formada qınayaraq, müsəlman və ərəb xalqları Qüdsü işğal etmiş rejim ilə əlaqələrin normallaşdırılmasına qarşı çıxmağa və bu fitnə ilə barışmamağa dəvət edib.

Seyid Həsən Nəsrullah əlavə edib: İsrail rejiminin fələstinlilərin yüzləlrə əməliyyatını nakam qoyduğunu elan etməsi əslində Fələstinlilərin müqavimət ruhiyyəsindən xəbər verir və Qəzzə sakinləri "Qayıdış Haqqı" yürüşlərini davam etdirməklə sionist rejimə təslim olmaq niyyətində olmadıqlarını sübut ediblər.

Seyid Həsən Nəsrullah əlavə edib: Maraqlıdır, başı ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlinə qarışan dünya Ərəbistanın Yəməndə törətdiyi cinayətlərə göz yumur və sanki heç bir şey olmamış kimi Yəməndəki faciənin kənarından səsizcə ötür. Halbuki, BMT 14 milyon yəmənlinin aclıq ilə üzləşdiyini və  ölüm-dirim savaşı verdiyini elan edir. Amma, dünya ölkələri bu məsələyə heç bir reaksiya vermir.

captcha