IQNA

Kabuldakı partlayışda 12 nəfər öldü

17:08 - November 12, 2018
Xəbər sayı: 3484161
Partlayış ölkədə təhlükəsizliyin qorunmaması və Talibanın son hücumlarına qarşı etiraz aksiyası keçirən yüzlərlə insanın arasında törədilib.

Kabuldakı partlayışda 12 nəfər öldüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin birinci günü, 12 Noyabr 2018-ci il, günün ikinci yarısında Əfqanıstanın paytaxtı Kabulda terror partlayış hadisəsi baş verib.

Partlayış ölkədə təhlükəsizliyin qorunmaması və Talibanın son hücumlarına qarşı etiraz aksiyası keçirən yüzlərlə insanın arasında törədilib.

Kabulun mərkəzindəki "Məlik Əsğər" dörd yolunda intiharçı terroristin törətdiyi bu hadisədə etiraz aksiyasına çıxan sivil vətəndaşların 12 nəfəri həyatını itirib və 15 nəfəri yaralanıb.

Şahidlərin dediyinə görə, bu hadisədə ölən və yaralananların sayı mətbuata elan edildiyindən çoxdur.   

http://iqna.ir/fa/news/3763290

Teqlər: iqna ، kabul ، həzarə ، taliban
captcha