IQNA

0:09 - November 19, 2018
Xəbər sayı: 3484198
Myanma polisi Raxin əyalətində ruhingiyalı müsəlman qaçqınların düşərgəsinə hücum ediblər. Bu hücumda müsəlman qaçqınların bir neçəsi yaralanıb.

Myanma polisi ruhingiyalı müsəlmanların sığınacağına hücum edibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Bazar günü, 18 Noyabr 2018-ci il, Myanma polisi Raxin əyalətində ruhingiyalı müsəlman qaçqınların düşərgəsinə hücum ediblər. Bu hücumda müsəlman qaçqınların bir neçəsi yaralanıb.

Myanma polisi qaçqın düşərgəsinə iki nəfər qaçaqçını həbs etmək bəhanəsi ilə hücum edib. Polisin açdığı atəş nəticəsində dörd müsəlman qaçqın yaralanıb ki, onlardan ikisinin vəziyyəti ağırdır.

Raxin əyalətinin 15 km. şərqində olan "Ah Nauk" Ye" qaçqın düşərgəsinə hücum edən 20 nəfər polis iki nəfəri həbs edib. Polisin dediyinə görə, həmin iki kişi qaçqınları düşərgədən qayıqlar vasitəsi ilə düşərgədən kənara çıxardırmışlar. Onlar keçən həftənin Cümə günü (16 Noyabr 2018) 106 nəfəri düşərgədən qaçırda biliblər.

Myanma polisi də iddia edib ki, qaçqın müsəlmanlar daş və kəsici alətlər ilə polisə hücum ediblər. Hücum zamanı bir neçə polis məmuru yaralanıb. Amma şahidlər polisin bu iddiasının yalan olduğunu vurğulayıblar.       

http://iqna.ir/fa/news/3765059

 

Teqlər: iqna ، myanma ، raxin ، ruhingiya
Ad:
E-poçt:
* Comment: