IQNA

10:31 - December 23, 2018
Xəbər sayı: 3484401
Myanmanın silahlı qüvvələri qərargahı bəyaniyyə yayaraq müsəlman azlıqlar əleyihə hərbi əməliyyatları dörd ay müddətində saxladığını elan edib.

Myanma müsəlmanlar əleyhinə əməliyyatları dayandırıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Myanmanın silahlı qüvvələri qərargahı bəyaniyyə yayaraq müsəlman azlıqlar əleyihə əməliyyatları dörd aylıq saxladığını elan edib.

Myanmanın silahlı qüvvələri qərargahı həftənin Cümə günü (21 Dekabr 2018) elan edib ki, Raxin əyalətində ruhingiyalı müsəlman azlıqların əleyhinə aparılan hərbi əməliyyatlar dörd ay dayandırılacaqdır. Siyasi müşahidəçilərin fikrincə Myanmanın bu addımı tərəflər arasında sülh danışıqlarının başlanması üçündür.

Bəyaniyyədə deyilir ki, hərbi əməliyyatlar ölkənin şimal və şərqində 2019-cu ilin Aprel ayının sonunadək saxlanılır. Bu addım üsyançıların silahlı qüvvələri ilə Myanma silahlı qoşunlarının arasında atəşkəs imzalanmasına münasib şərait yaradacaqdır.

Myanma dövlətinin sözçüsü Zv Hitay (Zaw Htay) mətbuat konfransında deyib: Bu addımın yaxşı nəticələr verəcəyinə ümid edirik.

Qeyd edək ki, uzun illərdir Myanma qoşunları ilə "muxtariyyət istəyən azlıqlar" silahlı üsyançıları arasında döyüşlər gedir. 2011-ci ildə Myanma qoşunları ilə Kachin müstəqil silahlıları arasında razılaşma pozulduqdan sonra 100 min nəfərdən çox ruhingiyalı müsəlman öz evindən didərgin düşmüşdür.

Myanmalı siyasi təhlilçilərin fikrinə Myanma dövlətinin təktərəfli atəşkəs elan etməsi son 30 ildə ilk dəfədir ki, baş verir. Bu atəşkəs Myanmanın qərbindəki Raxin əyalətinə aid olmaya da bilər.

http://iqna.ir/fa/news/3774356

 

Teqlər: iqna ، iqna ، raxin ، ruhingiya ، myanma
Ad:
E-poçt:
* Comment: